Gündəm
2 yaşlı uşağı öldürən azərbaycanlı qadına 12 il həbs - Qandonduran cinayət
Rusiyanın İvanovo vilayət məhkəməsi 25 yaşlı azərbaycanlı qadın Gülxar Şirəliyev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, 2 yaşlı ögey qızının qətlində ittiham olunub.
Rusiyada işdən çıxarılan şəxs 3 nəfəri öldürdü, 2 nəfəri yaraladı
Rusiyanın Nijni Novqorod şəhərində "QAZ" avtomobil zavodunun ərazisində bir kişi bıçaqla insanlara hücum edərək 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb. Həmin şəxs zavodun keçmiş işçisi olub. İddialara görə, hücum edən şəxs bu yolla onu işdən çıxaran zavod rəhbərliyindən qisas alıb. "O, işə gəlmişdi. Ona dedilər ki, işdən çıxarılıb. O da özünü saxlaya bilməyib bu hadisəni törətdi", - zavodun əməkdaşlarından biri bildirib.
Nazirlik vergi ödəyiciləri üçün “YADDAŞ” hazırlayıb
Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergi ödəyicisinin borcudur. Lakin müşahidələrin nəticəsi göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsuliyyətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər.
Avqustun 24-də 360 zəvvar yola düşəcək
Azərbaycandan Həcc ziyarətinə ilk gün-avqustun 24-də 360 nəfər zəvvar gedəcək. Qafqaz Müsəlmanları İdarəsindən “Olaylar”a verilən məlumata görə, ilk zəvvar qafiləsi sabah 06:10-da yola düşəcək. Zəvvarları aparacaq ikinci təyyarə reysi isə 07:30-da havaya qalxacaq. Qalan zəvvarlar isə müvafiq olaraq avqustun 25-i və 26-ı tarixlərində Səudiyyə Ərəbistanına yola düşəcək.
Nazir forum iştirakçısı olan uşaqlarla görüşüb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş bir qrup uşağın iştirakı ilə görüş keçirilib. “Olaylar” xəbər verir ki, görüşdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Mağazalarda insan orqanizmi üçün təhlükəli olan şor aşkar edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı insan orqanizmi üçün zərəli məhsul aşkar edilib.
Meyvə şirəsinin içində narkotik keçirmək istədi
Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Fikrət Məmmədov Zaqatalada qəbul keçirəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən avqustun 25-də Zaqatala şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Yavər Camalovla Rusiyanın sənaye və ticarət naziri nədən danışdılar?
Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “ARMİYA-2017” Beynəlxalq Hərbi Forumda iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov, Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Naxçıvanda SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.
Dələduz lombard sahibi həbs edilib
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub. Məlumata görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb.
Qadının meyiti yanan evdə tapılıb
Paytaxt Bakıda iki ev yanıb. Bu haqda ”Olaylar”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb. Yanğnın kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aksiz markasız siqaretlər müsdirə edildi
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi “Mercedes-208D” markalı, 42-BP-973 nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib.
Dələduz Lombard sahibi həbs edilib
Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi tutulub. Məlumata görə, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılova saxlanılıb. Qeyd edək ki, mətbuatda D. İsmayılovanın əməlləri ilə bağlı silsilə yazılar gedib. Həmin məlumatlara görə, Xətai rayonu ərazisində lombard işlədən D. İsmayılova xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib. Onun vətəndaşlara ümumilikdə 300 min manatdan çox ziyan vurduğu iddia olunur.
Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib
Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb.













