Gündəm

Türkiyədə turist avtobusu yük maşını ilə toqquşdu

23 Avqust 2017 14:06

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda turist avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb. Məlum olub ki, ölən turistlərin bələdçisinin 17 yaşlı köməkçisidir.

Ekspert: "Ermənistanın tələbləri Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələr tərəfindən rədd edilir"

23 Avqust 2017 14:03

Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi bağlamaq üçün irəli sürdüyü təşəbbüsün bu ölkənin Ermənistanla sərhədlərinin açılmasına heç bir aidiyyəti yoxdur. Bunu siyasi ekspert Bəhruz Quliyev son günlərdə sözügedən mövzu ətrafında Ermənistanın ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin Türkiyə qarşısında sərhəd qapılarının açılmasına hesablanmış şərtlər irəli sürəcəklərinə münasibət bildirərkən deyib.

Bakıda dələduzluq edən DİL KURSLARI: pulları alıb qeybə çəkildilər - ŞİKAYƏT

23 Avqust 2017 13:59

Bakının Yasamal rayonu Zahid Xəlilov küçəsi 26A ünvanında fəaliyyət göstərən “Galaxy Education and Consulting Group” MMC adlı kursun direktoru Yasin Zahidovun tələbələri aldatdığı ilə bağlı şikayət daxil olub. Şikayətçi qeyd edir ki, sözügedən təhsil mərkəzinə ingilis dili biliklərini təkminləşdirmək üçün müraciət edib. Müqavilə əsasında qeydiyyata alındıqdan sonra kursun aylıq ödənişini ( 100 AZN) ödəyib. Müqavilənin etibarlılıq müddəti 12.06.2017 – 31.08.2017 olaraq qeyd olunsa da, sonuncu ayın tədrisi bitmədən kurs fəaliyyətini dayandırıb.

Bəzi yerlərdə 41 dərəcə isti gözlənilir

23 Avqust 2017 13:55

Avqustun 24-də Bakı və Abşeron yarımadasında havayağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə  22-25° isti, gündüz  32-37° isti, Bakıda gecə  23-25° isti, gündüz  35-37° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək.

Yaxın Şərqin oyunçuları bölgədə maraqlarının müdafiəsi uğrunda yeni mübarizəyə başlayırlar

23 Avqust 2017 13:51

Türkiyənin Yaxın Şərqdə cərəyan edən proseslərə təsir imkanları getdikcə artmaqdadır. Artıq dünyanın super gücləri Ankaranın regionla bağlı siyasətini qəbul etsələr də, lakin hər addımda bu siyasətə mane olmağa yönələn cəhdlər də müşahidə edilir. Bütün bunlara rəğmən Türkiyə öz yolunu davam etdirir. Bu arada Türkiyənin Somalidə hərbi baza açacağı ilə bağlı yayılan xəbər ilk növbədə özü ilə bir sıra suallar da doğurub. Bilindiyi kimi, qardaş ölkədə ən yüksək səviyyələrdə dəfələrlə “Afrika açılımı”nda maraqlı olduqları dilə gətirilmişdi.

Ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

23 Avqust 2017 13:50

Son illərdə dünyada müşahidə edilən mənfi proseslərin fonunda meydana çıxan əsas çağırışlardan biri işsizlik və yoxsulluqla bağlıdır. İqtisadi aktivliyin aşağı düşməsi, eləcə də müxtəlif regionlarda yaşanan münaqişələr və müharibələr fonunda ayrı-ayrı ölkələrdə iş yerləri kəskin şəkildə azalıb, yeniləri isə yaradılmır. Belə vəziyyətdə, nsanların həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır, digər sosial problemlər meydana çıxır. Ancaq Azərbaycanda bunun əksini müşahidə etməkdəyik. Belə ki, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi ölkədə məşğulluğun səviyyəsinin artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına da rəvac verir.

Türkiyənin Ermənistanla sərhədləri açması müzakirə mövzusu deyil

23 Avqust 2017 13:47

Artıq bir xeyli müddətdir ki, erməni təxribat maşını var gücü ilə Azərbaycana qarşı informasiya savaşının yeni mərhələsinə qədəm qoyub. Müxtəlif ölkələrdə erməni lobbisinin maliyyəsi ilə işıq üzü görən mətbu orqanlarda Azərbaycan əleyhinə məqalələrin dərc edilməsindən tutmuş Silahlı Qüvvələrdə, xalqla ordu arasında ziddiyyət yaradılmasına qədər edilən bütün cəhdlər boşa çıxdığından bu dəfə işğalçı ölkə daha həssas məsələyə diqqət ayırıb. Bu da Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsidir.

DİN Bayram Kürdəxanılının ölümü ilə bağlı məlumat yaydı

23 Avqust 2017 13:41

Daxili İşlər Nazirliyi (DİN) meyxana ustası Bayram Kürdəxanılının avtomobillə vurularaq öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ağstafada 50 ədəd çətənə kolu məhv edilib

23 Avqust 2017 13:40

Ağstafa rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Göycəli kəndi ərazisində yabanı halda bitmiş 50 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bakıda soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib

23 Avqust 2017 13:35

Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar. H.Ağayevə məxsus “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

“Neft Daşları” nda yeni quyu istismara verilib

23 Avqust 2017 13:33

SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1610-1602 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Rusiyanın Azərbaycandakı səfirindən Vilyam Hacıyevə təbrik

23 Avqust 2017 13:31

Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin İmişli rayon İcra Hakimiyyətinin başçısı V.Hacıyevi  2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edib.

Faciəvi şəkildə ölən Bayram Kürdəxanının NƏŞİNİN GÖRÜNTÜLƏRİ - ÖZƏL FOTOLAR+VİDEO

23 Avqust 2017 13:25

Qəza nəticəsində həyatını itirən meyxanaçı Bayram Kürdəxanının nəşinin görüntülərini çəkib. Meyxanaçının yas mərasiminə onun yaxınları toplaşıb. Onun nəşinin foto və videounu təqdim edirik. 

Antik yunan coğrafiyaşünası Strabonun Albaniya haqqındakı fikirləri təsdiq olunur

23 Avqust 2017 13:21

AMEA Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.”Olaylar” bildirir ki, bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı əsas diqqət abidənin orta əsr təbəqəsinin tədqiqinə yönəlib. Eyni zamanda, son illər təsərrüfat işlərinin xeyli genişləndiyi Mil düzü və Qarqarçay hövzəsindəki müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin vəziyyəti nəzərdən keçirilib.

Politoloq: “Ankara Ermənistanla sərhəd məsələsində prioritetlərini dəyişməyəcək”

23 Avqust 2017 13:17

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanat Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusunu yenidən gündəmə gətirdi.