Gündəm
"Həmişə olduğu kimi, daha güclü qayıdacam" - Ronaldu
İspaniya Superkubokunun "Barselona" ilə keçirilən ilk matçında hakimi itələdiyinə görə 5 oyunluq cəzalandırılan "Real"ın futbolçusu Kriştianu Ronaldunun sanksiyası qüvvədə qalıb.
Rusiyadan bəyanat: "ABŞ-a olan ümidlərimizi itirməmişik”
ABŞ Maliyyə Nazirliyinin Rusiyaya məxsus 1 şirkətə və 4 vətəndaşa sanksiya tətbiq etməsindən hiddətlənən rəsmi Moskva qarşılıq vermək üçün hazırlaşdıqlarını bəyan edib. ABŞ Rusiya vətəndaşlarına Şimali Koreya ilə əlaqələri olduğu üçün sanksiya tətbiq edib.
Gəlin babası ilə hind rəqsi oynadı-VİDEO
Politoloq: “Sərhədlərin açılmasına Rusiya da razı deyil”
Bəzi mənbələr bildirir ki, əgər Türkiyə Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olarsa, Ermənistanla sərhədlər açılacaq. Bu informasiyanın heç bir əsası yoxdur.
Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur
Aşkar edilmiş troyan “Joao” adlanır və o, qeyri-rəsmi mənbələrdən yüklənilən “Aeria Games” şirkətinin oyunları vasitəsilə yayılır. “Joao” adlı troyan tərəfindən yüklənilən kənar zərərverici kodun məqsədi uzaq məsafədən giriş əldə etmək, casusluq və DDoS hücumlar həyata keçirməkdir.
"Traktor"dan ardıcıl ikinci qələbə
Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilir.Cənubi Azərbaycanı təmsil edən "Traktor" də növbəti matçını keçirib. Təbriz klubu səfərdə "Saypa" ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib - 2:0. Bu, ilk 3 turda uduzan təbrizlilərin yeni mövsümdə ardıcıl ikinci qələbəsidi. Təbrizin digər təmsilçisi "Göstəriş" isə avqustun 25-də doğma meydanda "Persepolis"lə qarşılaşacaq.
Qızları qaçırır, otaqda tək saxlayır, zorlayır, sonra da ... - TÜKÜRPƏDƏN ADƏTLƏR
Bugün Qırğızıstanda hər 5 qızdan biri zorla qaçırdılıb, sevmədiyi insanla evləndirilir. Qırğıstanın bu özbaşınalığı hazırda “Girsl not Bridges” (qızlar gəlin deyil) adlı beynəlxalq təşkilatın əsas müzakirə mövzusudur. Bu təşkilat həddi-buluğa çatmamış qızların qaçırırdılıb, zorla evləndirilməsinə qarşı mübarizə aparır. Bir çox şərq ölkəsi üçün müqəddəs adət-ənənə sayılan bu hadisə əslində zorakılıq, insana qarşı mənəvi və fiziki şiddət sayılır.
Yevlaxda dəhşətli qətl: “Ayıldım ki, bir kişi üstümə çıxıb, elə bildim ərimdi”
Ərini öldürməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. X.Abdullayeva ötən ilin mayın 26-da evdə əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. A.Abdullayev mayın 29-da xəstəxanada vəfat edib.
MTN generallarının məhkəməsi qapalı davam etdiriləcək
Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Ağaisa Mahmudovun epizodu üzrə Mehbalı Qasımov şahid qismində ifadə verib. O, A. Mahmudov və digərlərini ittiham edib. Şahid deyib ki, A. Mahmudov və dostları onun evini banka girov qoyaraq, pul götürmək istəyiblər.
Türkiyədə 1 terrorçu sağ ələ keçirilib
Türkiyənin Diyarbəkir şəhərində PKK-ya qarşı növbəti əməliyyat keçirilib. Aparılan əməliyyatlar çərçivəsində 1 terrorçu sağ olaraq ələ keçirilib. Bundan başqa, əməliyyatlarda “Kalaşnikof” avtomatı, 5 darağ, durbin, əl telsizi, 200 metr kabel, 4 qeyd dəftəri, radio, torpağa basdırılmış içərisində ərzaq məhsulları olan 3 qutu müsadirə edilib. Axtarışlar zamanı ələ keçirilən 9 müxtəlif əl istehsalı olan partlayıcı maddə yerində məhv edilib.
Çavuşoğlu: “Referendum qərarının ləğv edilməsini gözləyirik”
"PKK terror təşkilatı da İŞİD kimi İraqın sərhəddinə, ərazi bütövlüyünə, dincliyinə, birlik-bərabərliyinə qarşı bir təhdiddir”. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iraqlı həmkarı İbrahim Cəfəri ilə görüşdə bildirib. Nazir qeyd edib ki, PKK-nın İraqdan təmizlənməsi üçün birgə hərəkət edəcəyik: "Məsələ ilə bağlı İraq ordusuna hər cür dəstək verəcəyik. İraq ilə əlaqələrimizi hər sahədə inkişaf etdirmək niyyətindəyik".
“Ermənistan ordusunun Azərbaycan ordusunun gücünə yaxınlaşması xəyaldır”
“Təcavüzkar və terrorçuların oturduğu Ermənistan hakimiyyəti daxili və xarici informasiya siyasətini düşünülmüş şəkildə sırf yalan məlumatlar və onların uydurma şərhləri üzərində qurur”.
Azərbaycan yanğınsöndürənləri Gürcüstanda yanğınların söndürülməsində aktiv iştirak edirlər
Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində fəal iştirak edirlər. Hazırda FHN-nin yanğınsöndürən maşınları və şəxsi heyəti Daba kəndi yaxınlığında yanğının söndürülməsi ilə məşğuldur. FHN-in helikopteri də səhər saatlarından etibarən Türkiyə, Gürcüstan və Belarus helikopterləri ilə birgə yanğının qarşısının alınması əməliyyatlarında iştirak edir.
Əfqanıstanda partlayışda xəsarət alanların sayı 40-a çatıb
Əfqanıstanın cənubunda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində xəsarət alanların sayı 42-ə çatıb. Səhər saatlarında baş verən terror hadisəsində əvvəlcə ölənlərin sayının 5, yaralıların sayının 25 nəfər olduğu bildirilmişdi. Ölənlərdən ikisi qadın, ikisi hərbçi, biri isə uşaqdır.
“İtirlmiş torpaqlar” və... - İrəvandan Ankaraya qəbuledilməz ÜÇ ŞƏRT
“İrəvan bu məsələdən sui-istifadə etmək niyyətindədir və istəkləri yalnız Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı deyil”. Bunu politoloq Qabil Hüseynli Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin İzmirdə beynəlxalq yarmarkanın açılışı zamanı verdiyi bəyanata Ermənistan tərəfindən verilən reaksiyaları şərh edərkən deyib.














