Gündəm

Ermənistan rəhbərliyi müxtəlif intriqalarla Rusiyaya təzyiq göstərməyə çalışır

23 Avqust 2017 15:56

Ermənistan rəhbərliyi Avropa İttifaqı, NATO, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolundan istifadə etməklə Rusiyaya təzyiq göstərməyə cəhd edir. Bunu  Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Ramil Səfərovdan düşmənə MESAJ:  “Əzəcəyik”

23 Avqust 2017 15:54

“Mənfur düşmənlərimiz və havadarları çalışırlar ki,  işğal prosesini bir az da uzatsınlar. O səbəbdən ki, yetişən gənc nəsil o torpaqları görməyib, havasından udmayıb suyundan içib, çörəyindən yeməyib. Düşünürdülər ki, məhz bunlara görə Dağlıq Qarabağ münaqişəsini öz xeyirlərinə həll edə bilərlər. Amma yanıldılar”.

Nazirlər PKK ilə mübarizə məsələlərini müzakirə edəcək

23 Avqust 2017 15:48

ABŞ-ın müdafiə naziri Ceyms Mettis və türkiyəli həmkarı Nurəddin Canikli arasında Ankarada danışıqlar baş tutacaq. Danışıqlar çərçivəsində Suriya münaqişəsi, PKK ilə mübarizə kimi məsələlər müzakirə olunacaq. 

Ermənistanda sosial gərginlik davam edir

23 Avqust 2017 15:42

Ermənistanda sosial gərginlik davam edir. İşğalçı ölkədə növbəti etiraz dalğası Lori bölgəsində baş qaldırıb. Bir müddət əvvəl qızıl mədənlərinə gedən yolu bağlayan vətəndaşlar ölkədə özbaşınalıqlara son qoyulmasını tələb edirlər. Kəndlilər deyirlər ki, hökumət illərdir onların taleyi ilə maraqlanmır. Bu yerlərdə həyat dayanıb, Ardvidə yalnız səfalət, işsizlik, hökm sürür. Sakinlər problemlərinə çarə tapmaq üçün özləri layihə hazırlayaraq hökumətə təqdim ediblər. Onlar bu yerlərin gözəl təbiəti olduğunu əsas gətirərək, dövlət qurumlarından kənddə turizmin inkişafına dəstək istəyiblər.

Baş Prokurorluq və DİN Lerikdə 3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb

23 Avqust 2017 15:36

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Lerik rayonunda 3 nəfərin ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb. DİN-in mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonunda törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılmışdır.

"Qarabağ" "Kopenhagen"lə oyuna hazırdır

23 Avqust 2017 15:24

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə keçirəcəyi cavab matçının hazırlığını tamamlayıb.  Ağdam təmsilçisi dünən görüşün keçiriləcəyi "Parken" stadionunda oyunöncəsi son məşqinə çıxıb. Yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayan məşq təxminən 1 saat davam edib. Komandanın son hazırlığını "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də izləyib. 

UNİCEF 2 yaşlı Zəhra Quliyevanın öldürülməsinə münasibət bildirib

23 Avqust 2017 15:22

“Heç bir icma, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir”. Ombudsman Aparatından  verilən məlumata görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) icraçı direktoru Entoni Leykin Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin iyulun 4-də 2 yaşlı Zəhra Quliyevanın Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində həlak olmasına dair bəyanatına cavab olaraq göndərdiyi məktubda deyilir.

Avtomobil qəzasında ölən azərbaycanlı məşhurlar

23 Avqust 2017 15:20

Avtomobil qəzası nəticəsində dünyasını dəyişən azərbaycanlı məşhurların siyahısını təqdim edirik. Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası 22 avqust 2017-ci ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Bakıda toz dumanı ilə əlaqədar havanın çirklənmə səviyyəsi artıb, operativ iş rejiminə keçilib

23 Avqust 2017 15:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçib. 

"Xalqın ürəyidir, məzarım mənim" - Bayram Kürdəxanlı dəfn olundu

23 Avqust 2017 15:15

Bu gecə Bayram Kürdəxanlı faciəvi şəkildə dünyasını dəyişib. Bayramın ölüm xəbərini eşidən kənd camaatı, dostları onun evinə baş çəkib. Saat 14:00-da yerdən götürülən mərhum Kürdəxanı kənd qəbiristanlığında dəfn olundu. Dəfndə iştirak edən sənət dostları Bayram haqqında xoş sözlər danışıb, ruhuna fatihə verdilər.

3600-dən çox tələbə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib

23 Avqust 2017 15:11

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Yeni süni intellekt sadə videokamera vasitəsilə istənilən emosiyanı tanıyır

23 Avqust 2017 15:04

Media məzmun istehsalçıları üçün serialda hansı səhnənin tamaşaçı tərəfindən daha çox bəyənildiyini bilmək mühüm əhəmiyyət kəsb edir və onlar həqiqi emosiyaların tanınması sistemi üçün yaxşı pul ödəməyə hazırdırlar. Təklifi dəyərləndirən “Silver Logic Labs” şirkəti ixtisaslaşdırılmış süni intellekt hazırlayıb.

Nardaran sakini silahını polisə təhvil verib

23 Avqust 2017 15:01

Nardaran qəsəbə sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktik söhbətlər nəticəsində avqustun 22-də Sabunçu rayonunun Nardaran qəsəbə sakini Vüqar Xudaverdiyev “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Keçmiş məhkumdan 6 kq narkotik götürülüb

23 Avqust 2017 15:00

Paytaxt Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Məmmədovdan 6 kiloqram 350 qram marixuana götürülüb.

Bakıda soyğunçuluqla məşğul olan dəstə zərəsizləşdirilib

23 Avqust 2017 14:59

Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar.