Gündəm

Şirvanda üç otaqlı ev külə dönüb

23 Avqust 2017 16:44

Şirvan şəhərində ümumi sahəsi 156 m² olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yaxınlıqdakı evlər yanğndan mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

23 Avqust 2017 16:43

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşlar sudan çıxarılıb.

Paris turistlərin sayına görə rekord vurdu

23 Avqust 2017 16:39

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub. Turist sayı keçən ilə nisbətən 1,5 milyona qədər artıb. İlin ilk yarısında Parisə 16 milyon turist gəlib və bu, son 10 ildə ən çox turistik səfərdir. Parisə gələnlərin əksəriyyəti ABŞ turistləridir. Fransanın Turizm Nazirliyinin məlumatına görə, ötən ay Fransaya gələn turist sayı ilin sonuna qədər 89 milyona çatacaq, bu da rekord hədd hesab edilir.  

“Türkiyənin Ermənistanla sərhədi açması haqda fikirlər məntiqdən kənardır”

23 Avqust 2017 16:35

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi İzmirdə bildirdi ki, ölkəsi AİB-lə azad ticarət zonası yaradaraq əməkdaşlıq etmək niyyətindir. Burada Rusiya ilə münasibətlərin inkişafı nəzərdə tutulub. Bu fikirləri açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, həmçinin Qazaxıstan, Qırğızıstan və Belarusla da münasibətlərin inkişafından söhbət gedir. Ermənistan isə bundan kənarda qalacaq. 

Azərbaycanda yerli özünüidarəetmə yüksək səviyyədə təşkil olunub

23 Avqust 2017 16:31

Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı prosesində yerli özünüidarənin tətbiqi xüsusi əhəmiyyətə malikdir. Yerli özünüidarə orqanlarına keçirilən seçkilər isə siyasi plüralizmin bariz nümunəsidir. Məlum olduğu kimi 1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz əsl demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanmışdır. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası bu imkanı reallığa çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının - bələdiyyələrin yaradılması Konstitusiyada təsbit olunmuşdur. 

Bakıda havada müşahidə olunan tozun miqdarı normadan 40% çoxdur

23 Avqust 2017 16:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Bulvarda qadın meyiti tapıldı

23 Avqust 2017 16:20

Avqustun 8-də, saat 15.00 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qara.

Qadınlar niyə boşanmaya meyillidir?

23 Avqust 2017 16:18

Ötən il Azərbaycanda boşananların 45,5 faizi gənc qadınlar, 25,6 faizi isə gənc kişilər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il gənc analar tərəfindən doğulan uşaqların sayı 6,5 faiz artıb və bütövlükdə doğulan körpələrin 81,2 faizi gənc ailələrdə dünyaya gəlib. Məlumata görə, Azərbaycanda gənclərin 48,5 faizini qadınlar təşkil edir. Gənclərin 50,9 faizi şəhər yerlərində, 49,1 faizi isə kənd yerlərində yaşayır.

Putin Sərkisyanı təlimatlandıracaq

23 Avqust 2017 16:17

“Ötən ay Rusiya prezidenti Vladimir Putin ölkə başçısı İlham Əliyevlə Soçidə görüşündən sonra, belə bir görüşün Ermənistan prezidenti ilə də keçiriləcəyini qeyd etmişdim. Təbii ki, Putinlə Əliyevin görüşündə iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunsa da, Azərbaycanı qayğılandıran Kremlin Qarabağ münaqişəsinin həllində tutduğu və tutacağı mövqedə əsas müzakirə predmeti olub”.

Vergidən yayınma faktları aşkarlanıb

23 Avqust 2017 16:15

Vergilər Nazirliyinin iyul ayı ərzində həyata keçirdiyi araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklərin yaranması halları aşkar edilib.Nazirlikdən “Olaylar”a verilən mlumata görə, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, «Nağdsız hesablaşmalar haqqında» Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyekti (anbarı, mağazası və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları «mal qalığı» kimi göstərirlər.

Gözəl Bayramlının şikayətinə baxıldı

23 Avqust 2017 16:14

AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərardan verilən apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının şikayəti təmin edilməyib və Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb. Gözəl Bayramlı özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Əfqan Muxtarlının şikayəti təmin edilmədi

23 Avqust 2017 16:13

Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prsesdə Əfqan Muxtarlının şikayətini təmin edilməyib. İttihama görə, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Türkiyəli yazardan Şah İsmayıl Xətaiyə hücum: “Anasını edam etdirib, çox zülmkarlıqlar törədib...”

23 Avqust 2017 16:11

Türkiyə mətbuatında tarixçi-yazar Latif Salihoğlunun Səfəvi hökümdarı Şah İsmayıl Xətai ilə bağlı qalmaqallı məqaləsi dərc olunub.Virtualaz.org xəbər verir ki, yeniasya.com saytında dərc olunan məqalədə 1514-cü ilin avqustunda Osmanlı İmperiyası ilə Səfəvilər arasında baş tutan “Çaldıran” döyüşündə məğlub olan sərkərdəni İran şahı, qurduğu Azərbaycan dövlətini isə İran dövləti adlandırıb. Müəllif məqaləsində bir qədər də irəli gedərək Səfəvi hökmdarını “ana qatili” adlandırıb.

Ermənistanda 100 min kəndli hara yoxa çıxıb...

23 Avqust 2017 16:04

Ermənistanda uzun illərdir ki, rəsmi məlumatlarda kənd təsərrüfatı sahəsində artımın olduğu göstərilir. Ancaq eyni zamanda digər rəsmi məlumatlara görə, son dörd ildə kənd təsərrüfatı sahəsində çalışanların sayı gözəçarpan dərəcədə azalıb.

Gürcüstan Prezidenti: Azərbaycanlılar göstərdi ki, onlar gürcülərin tarixi dostlarıdır

23 Avqust 2017 15:59

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycan, Türkiyə və Belarusdan olan yanğınsöndürənlərə Barjomidə meşə yanğınları ilə mübarizədə göstərdikləri köməyə görə təşəkkür edib.