Gündəm
İŞİD 9 hərbçinin başını kəsdi
İŞİD qruplaşmasının üzvləri Liviyada döyüş postlarından birinə hücum edərək 9 hərbçinin başını kəsib. İnsident zamanı 2 dinc sakin də həlak olub. Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür.
Merkel: “ABŞ Şimali Koreya ilə müharibəyə başlayarsa...”
Almaniya kansleri Angela Merkel Şimali Koreya ilə ABŞ arasında müharibə başlayarsa, Berlinin buna qarşı olacağını deyib. Yerli qəzetlərdən birinə müsahibə verən xanım siyasətçi sülh əldə etməyin mümkünlüyünü dilə gətirib.
Qarabağ İcması "Qarabağ"dan qələbə gözləyir
““Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. İnanıram ki, ”Qarabağ” bu gün qələbə qazanaraq bütün Azərbaycan xalqını sevindirəcək”. Bunu açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Qarabağ”- “Kopenhagen” komandaları arasında keçiriləcək oyunu şərh edərkən deyib. B. Səfərov bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər.
Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Şirvan Əbilovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiq edib
Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Ağsunun dağlıq ərazisində yanğın olub
Ağsunun dağlıq ərazisində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Nüydü və Kalva kəndlərində dağlıq ərazidə kol-kos və quru ot yanması barədə məlumat daxil olub.
Prezident İlham Əliyev Petro Poroşenkonu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenkoya təbrik məktubu ünvanlayıb.
"İmtahanlarda ediləcək dəyişiklər yaxın günlərdə açıqlanacaq"
"Yaxın günlərdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi 2 ildən sonra buraxılış və qəbul imtahanlarında ediləcək dəyişiklərlə bağlı birgə elan verəcək".
100 milyon dollar kimin olacaq? - Əsrin döyüşünə 3 gün qaldı
Əlbayaxa döyüş üzrə yüngül çəkidə UFC versiyası üzrə dünya çempionu, irlandiyalı Konon MakQreqor avqustun 26-da amerikalı boksçu, peşəkar boks rinqində indiyədək keçirdiyi 49 döyüşdən heç birində uduzmamış Floyd Meyvezerlə qarşılaşacaq.
Məktəbli yarmarkalarında məhsulların qiyməti və keyfiyyəti necədir?
Bu ildən Bakı şəhər İcra Hakimiyyəti paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkası təşkil edib. Hər bir vətəndaş bu yarmarkalara baş çəkərək, lazım olan məhsulları əldə edə bilər. Həmin yarmarkalardan bəzilərinə baş çəkdik. Burada valideynlər övladları üçün bütün dərs ləvazimatlarını əldə edə bilərlər. Məhsulların qiyməti idxal olunduğu ölkəyə və keyfiyyətinə görə dəyişir. Yarmarkalarda məktəbli forması və dərs kitabları satılmır.
Gürcüstanın müdafiə naziri: “Göstərdiyi qardaşlıq köməyinə görə Azərbaycana minnətdarıq”
Gürcüstanın müdafiə naziri Levan İzoriya ölkə ərazisində davam edən güclü yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib. Nazir Gürcüstan hökuməti və xalqı adından Azərbaycana təşəkkür edib: “Azərbaycana bizə göstərdiyi qardaşlıq köməyinə görə minnətdarıq. Yanğınlarla bağlı monitorinqi məhz Azərbaycan tərəfinin göndərdiyi helikopterlə həyata keçirmişik. Yüksək əməkdaşlıq sayəsində yanğın ocaqlarını birgə müəyyən etməyə nail olmuşuq”.
"Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib”- Belçikalı aktyor
“Özüm futbol azarkeşi olduğum üçün “Qarabağ” klubunun Avropa liqalarında oyunlarını izləyirəm. Bu gün “Qarabağ”la qürurlanmamaq mümkün deyil. Azərbaycan futbolunun bu səviyyədə Avropanın nüfuzlu liqalarında çıxış etməsi böyük hadisədir”.
Gənc liderlər qlobal problemləri müzakirə edib
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumu avqustun 23-də öz işini davam etdirib. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Üçtərəfli Komissiyanın Avropa üzrə sabiq direktoru Paul Revayın moderatorluğu ilə gənc liderlərdən ibarət məşvərət qrupları təşkil olunub. 4-8 nəfərdən ibarət məşvərət qrupları müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması davam edir
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 2 hərəkət zolaqlı olan yolun uzunluğu 19.5 km, eni isə 8-10 metr arası dəyişir.
Nərimanov rayonunda yanğın başlayıb
Nərimanov rayonunda yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək. .














