Gündəm
Almaniyada avtobus qəzası: 40 yaralı
Almaniyanın şimal-qərbində Osnabrük rayonunda avtobus qəza törədib. Qəzada 44 nəfər xəsarət alıb. Polisin ehtimalına görə, qəza texniki nasazlıq səbəbindən sürücünün idarəetməni itirməsi ilə baş verib. Nəticədə 50 sərnişinin olduğu avtobus aşıb. Hadisə yerinə xilasedicilər və helikopter cəlb edilib. Xəsarət alanlardan 6-nın vəziyyətinin ağır olduğu deyilir.
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncama dəyişiklik edilib
Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
İnsan alverində təqsirləndirilən qadına şərti cəza verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevinc Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mail Bayramovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Mustafayeva barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib. Onun barəsində başqa yerə getməmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılıb.
“Gözlərim ağrıyır” sorğusu “Google”da populyar oldu
Bu günlərdə ABŞ ərazisində müşahidə edilmiş Günəş tutulmasından dərhal sonra “Gözlərim ağrıyır” sorğusu “Google” axtarış sistemində populyarlaşıb. Sayt Günəş tutulması və göz ağrısı barədə sorğuları müqayisə edərək onlar arasında korellyasiya olduğu qənaətinə gəlib. Bununla belə, söhbət sorğuların nisbi populyarlığından gedir, belə ki, Günəş tutulması ilə bağlı sorğuların ümumi sayı göz ağrısı ilə bağlı sorğuların sayından xeyli çoxdur.
Rusiya dron əleyhinə silah yaratdı
Rusiya Müdafiə Nazirliyinin “Robototexnika” Baş Elmi-Araşdırma Təhlil Mərkəzi pilotsuz uçan aparatlarla mübarizə üçün nəzərdə tutulmuş elektromaqnit silah yaradıb. “Stupor” adlanan silahın nümunəsi “Armiya-2017” forumu çərçivəsində təqdim edilib. Silah yer və su səthləri üzərində istifadə olunan pilotsuz uçuş aparatlarının, o cümlədən kopter tipli cihazların zərərsizləşdirilməsində istifadə olunacaq.
Əmək Nazirliyində təqdimat
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə birgə Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub.
“Google” 3 yeni məhsulunu təqdim edəcək
“Google” üç yeni məhsulunu təqdim etməyə hazırlaşır. Mütəxəssislər proqnozlaşdırır ki, ABŞ şirkəti yeni nəsil “Chromebook Pixel” noutbukunu, “Google Home” səsgücləndiricilərinin yeni versiyasını və “Apple”ın istehsalı olan “AirPods”a rəqib olacaq qulaqcıqlarını təqdim edəcək.
FHN-nin Gürcüstandakı meşə yanğınlarına ezam olunmuş qüvvələri əməliyyatları davam etdirir
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə avqustun 22-də qonşu ölkəyə ezam olunmuş əməkdaşları yanğınsöndürmə işlərini davam etdirir.
Bakının atmosfer havasında tozun miqdarı normadan 52% çoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Avtovağzalda bölgələrə biletlərin rəsmi qiyməti - SİYAHI
Bakı Beynəlxalq Avtovağzalı ilə bağlı şikayətlər səngimək bilmir. Ən çox şikayətlər sürücülərin özbaşına qiymət qoyması, bayram ərəfəsi yaranan sıxlıqla bağlıdır. Sərnişinlər bildirirlər ki, kassaya yanaşdıqda onlara biletin olmadığını deyirlər. Halbuki avtobuslar tamamilə boş olur və sürücülər onlardan ikiqat qiymət alırlar. Əksər sərnişinlərin isə biletlərin əsl qiymətlərindən xəbəri yoxdur. Buna görə də, sürücülərin süi-istifadəsinə göz yumub, az qala ikiqat məbləğ ödəyirlər.
ABŞ kəşfiyyatının rusiyalıların internet trafikinə çıxışı var - RUSİYADA QORXU!
Rusiya hakimiyyəti düşünür ki, ABŞ xüsusi xidmət orqanlarının rusiyalıların internet trafikinə çıxışı ola bilər. Bu səbəblə hökumət mobil operatorları bu trafiki Rusiya kənarından ölkə içərisinə yönəltməyə məcbur etmək istəyir. Məmurlardan biri bildirib ki, Avropada (xüsusilə də Stokholmda) ABŞ Milli Təhlükəsizlik Agentliyinin böyük mərkəzi mövcuddur və bu mərkəzin iri internet trafiki nöqtələrinə çıxışı var.
İmişlidə ikimərtəbəli mağaza yanıb
İmişlidə ikimərtəbəli mağazada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, İmişli rayonunda ümumi sahəsi 1800 kv.m olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan texniki otağında elektrik tənzimləyicisi yanıb.
Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar
Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb. Xalq artisti açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm.
İçməli su ilə təminatı yaxşılaşdırılacaq yaşayış məntəqələrinin SİYAHISI dəyişdi
Prezident İlham Əliyev "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Avtomobillərin qiymətini kimlər qaldırır...
Zamanla hamı hansısa vasitə ilə avtomobil sahibi olmaq istəyir: kimi kreditlə, kimi nağd pula. Amma hazırda avtomobillərin qiyməti o qədər bahalaşıb ki, yaxın durmaq olmur. Qiymət artımı yalnız yeni avtomobillərdə deyil, işlənmiş avtomobillərdə də müşahidə edilir.














