Putin Sərkisyanı təlimatlandıracaq

“Ötən ay Rusiya prezidenti Vladimir Putin ölkə başçısı İlham Əliyevlə Soçidə görüşündən sonra, belə bir görüşün Ermənistan prezidenti ilə də keçiriləcəyini qeyd etmişdim. Təbii ki, Putinlə Əliyevin görüşündə iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunsa da, Azərbaycanı qayğılandıran Kremlin Qarabağ münaqişəsinin həllində tutduğu və tutacağı mövqedə əsas müzakirə predmeti olub”.

"Ötən ay Rusiya prezidenti Vladimir Putin ölkə başçısı İlham Əliyevlə Soçidə görüşündən sonra, belə bir görüşün Ermənistan prezidenti ilə də keçiriləcəyini qeyd etmişdim. Təbii ki, Putinlə Əliyevin görüşündə iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunsa da, Azərbaycanı qayğılandıran Kremlin Qarabağ münaqişəsinin həllində tutduğu və tutacağı mövqedə əsas müzakirə predmeti olub". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünə münasibət bildirərkən səsləndirib. O, bildirib ki, bu görüşdə iki lider regionda mövcud vəziyyət, həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin növbəti aylarda mümkün görüşünüdə masaya gətiriblər: "Bu görüşdə mətbuata açıqlanmayan məsələlər müzakirə olunması istisna deyil. Təbii ki, burada Qarabağ konfliktinin müzakirəsi əsas diqqətdə olub. Putinin Sarkisyanla Soçidə görüşündə də Ermənistanın son aylarda xarici siyasətində müəyyən qədər atdığı addımlar və Qarabağ problemi bir daha müzakirə olunacaq. Qeyd edim ki, Rusiya və Ermənistan arasında çox ciddi müttəfiqlik əlaqələrini möhkəmləndirən sazişlər bağlanıb. Buna baxmayaraq rəsmi Yerevanın şaxələndirmə siyasəti görünür, Putinin xoşuna gəlmir və öz yeni təlimatları ilə Sarkisyanı başa salacaq. Bundan sonra, Ermənistanın payızda Avropa İttifaqı ilə saziş bağlaması ertələnədə bilər.

Qeyd edim ki, Putin və Sarkisyan Qarabağ problemi barədə danışsalar da, ciddi bir nəticənin olacağı gözlənilmir. Amma, Putin ola bilər ki, İlham Əliyevlə və Sarkisyanı yenidən bir araya gətirib, görüş təşkil etsin. Belə bir görüşün təşkil olunub və olunmaması növbəti aylarda məlum olacaq. Hazırda cəbhədə ümumi vəziyyət stabil olmasada, narahatediidə deyil və Xarici İşlər nazirlərinində növbəti görüşü gözlənilir. Putinin Soçidə Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşməsi sırada bir görüş deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31