Rusiyada işdən çıxarılan şəxs 3 nəfəri öldürdü, 2 nəfəri yaraladı

Rusiyanın Nijni Novqorod şəhərində "QAZ" avtomobil zavodunun ərazisində bir kişi bıçaqla insanlara hücum edərək 3 nəfəri öldürüb, 2 nəfəri ağır yaralayıb. Həmin şəxs zavodun keçmiş işçisi olub. İddialara görə, hücum edən şəxs bu yolla onu işdən çıxaran zavod rəhbərliyindən qisas alıb. "O, işə gəlmişdi. Ona dedilər ki, işdən çıxarılıb. O da özünü saxlaya bilməyib bu hadisəni törətdi", - zavodun əməkdaşlarından biri bildirib.

Hadisə yerinə təcili tibbi yardım maşınları və həkimlər cəlb olunub. Hələlik hüquq -mühafizə orqanları rəsmi açıqlama verməyib. "Newsroom24" saytının verdiyi son məlumata görə, qətli törədən şəxs artıq saxlanılıb. Virtualaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31