Dövlətçiliyə qarşı çıxmaq, ölkədə çaxnaşma yaratmaq cəhdləri qəbuledilməzdir
Son vaxtlar xaricdən Azərbaycana qarşı müəyyən təsir elementləri müşahidə edilməkdədir. Adətən seçki ili ərəfəsində müşahidə edilən bu tendensiyada əsasən iki cəbhə daha fəal görünür. Birincisi, müəyyən adlar altında Avropadan sığınacaq almış siyasilər, ikincisi isə xaricdə dini təhsil alanlar. Biri ölkədə siyasi gərginlik, digəri isə dini zəmində qarşıduma yaratmağa maraqlı görünür.
22 Avqust 2017 14:11 Siyasət"Xaricdə dini təhsil alan bəzi şəxslər Azərbaycana qarşı müəyyən radikal-separatçı çıxışlar edirlər"
Son vaxtlar xaricdən Azərbaycana qarşı müəyyən təsir elementləri müşahidə edilməkdədir. Adətən seçki ili ərəfəsində müşahidə edilən bu tendensiyada əsasən iki cəbhə daha fəal görünür. Birincisi, müəyyən adlar altında Avropadan sığınacaq almış siyasilər, ikincisi isə xaricdə dini təhsil alanlar. Biri ölkədə siyasi gərginlik, digəri isə dini zəmində qarşıduma yaratmağa maraqlı görünür. Hər ikisi də təlimatı Azərbaycanda qarşıdurma yaratmaq niyyətində olan və xaricdəki erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən siyasi təsissatlardan alır. Hər ikisiinin və onlara dəstək verənlərin də başlıca məqsədi Azərbaycanda xaos, anarxiya yaratmaqdır. Elə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev də belə düşünür. O, bildirib ki, xaricdə dini təhsil alan bəzi şəxslər, müxtəlif qrupların təsirinə düşənlər ölkəmizə qayıtdıqdan sonra, eləcə də təhsil aldıqları ölkələrdə Azərbaycana qarşı müəyyən radikal-separatçı fikirləri ilə sosial şəbəkələrdə çıxışlar edirlər. Onun sözlərinə görə, həmin şəxslər Azərbaycanda tarix boyu mövcud olmuş tolerant ənənələrə müdaxilə cəhdi göstərirlər: "Bu müdaxilələrin mənfi təsirini partiya olaraq biz də hiss edirik". Razi Nurullayevin sözlərinə görə, partiya sədrinin dini məsələlər üzrə müşavirinin İranda məhbusları zorlanması ilə bağlı məsələyə yerli mətbuatda münasibət bildirəndən və məsələyə elmi və dini cəhətdən cavab verəndən sonra siyasi təşkilata qarşı təzyiqlə daha da artıb: "Bu cavab bəzi özünü dindar adlandıran, din pərdəsi altında öz dövlətinə xəyanətkar mövqedən çıxış edən bəzi şəxslərin narazılıqlarına, təhdidlərinə və təhqirlərinə səbəb olmuşdur. Həmin şəxslər bizə qarşı daima təhqir və dözümsüzlük nümunəsi göstərmiş, indi isə günlərdir sosial şəbəkədə, müxtəlif saxta profillərlə partiyamızı, partiyanın üzvlərini və şəxsən partiya sədri olaraq məni ən aşağılayıcı sözlərlə təhqir etməkdən, hədələməkdən çəkinmirlər. Məsələnin üstündən xeyli müddət keçsə də, xüsusən də İran İslam Respublikasında dini təhsil almış bəzi şəxslər hələ də sakitləşmir və polemika və müzakirəni başqa bir müstəviyə yönləndirirlər. Ən təhlükəlisi isə odur ki, bu qaraguruhlar Azərbaycanın suverenliyini, onun ərazi bütövlüyünü və təhlükəsizliyini heçə sayaraq sosial şəbəkələrdə dini-ekstremist fikirləri ilə əhalini dövlətçiliyin əleyhinə çıxmağa, cəmiyyətdə xaos yaratmaq kimi fikirlərlərlə ictimaiyyəti çaşdırmağa çalışırlar. Partiya olaraq bizi daha çox narahat edən bu məsələdir". Razi Nurullayev bildirib ki, bu hadisə artıq həyəcan siqnalıdır: "Çünki, bu kimi şəxslər "Nardaran hadisələri"ndə baş verən üzücü olayların yenidən təkrarlanmasına səbəb ola biləcək potensial qüvvələrdirlər. Buna misal olaraq, həmin şəxslərdən biri və ya bir neçəsi - "Facebook" sosial şəbəkədə Bermeki Muttəqi və Əkrəm Hacızadə eləcə də, onların şəbəkələrinin tərəfdarları profillərində dövlətimizin konstitutsiya quruluşu, ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan təbliğatla yanaşı, eələcə də bu dəyərləri müdafiə edən AXCP-yə, onun ideyasına, sədrinə və partiya rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlədir, partiya üzvlərinə çoxsaylı hədə mesajları göndərirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası bu şəxsləri və onların havadarlarını qətiyyətlə pisləyir, sadə vətəndaşları onların toruna düşməməyə çağırır". Partiya sədri qeyd edib ki, bu dövləti biz əsrlər boyu burada yaşayan çoxluq və azlıqlarla birlikdə yaratmışıq: "Azərbaycan hamımızın vətənidir və bizim mübarizəmiz vətəndaşların layiq olduqları həyatı onlara verməkdir. Lakin, dövlətçiliyə qarşı çıxmaq, separatizm meylləri, konstitusiya quruluşunu dəyişmək və ölkədə çaxnaşma yaratmaq cəhdləri qəbuledilməzdir. Eyni zamanda, şəxslərə və siyasi qurumlara qarşı təhqir və hədə-qorxu gəlmək şantaj yolu ilə insanların iradəsinə qarşı zor işləməkdir. Xalqımızı, siyasi partiyaları, siyasətçiləri və hökuməti bu kimi meyllərə qarşı barışmaz olmağa səsləyirik".
Süleyman