“İsrail və Azərbaycan ikitərəfli münasibətlərin inkişaf etməsinin tərəfdarıdır”

İsrailin regional əməkdaşlıq naziri Tzachi Hanegbinin Ermənistana səfəri fərqli fikirlərin yaranmasına səbəb oldu. Həmçinin İsrail Knessetində “erməni soyqırımı”nın müzakirəyə çıxarılması cəhdləri bəzən təəccüb doğurur. Lakin İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa doğru inkişaf etməkdədir.

İsrailin regional əməkdaşlıq naziri Tzachi Hanegbinin Ermənistana səfəri fərqli fikirlərin yaranmasına səbəb oldu. Həmçinin İsrail Knessetində "erməni soyqırımı"nın müzakirəyə çıxarılması cəhdləri bəzən təəccüb doğurur. Lakin İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlığa doğru inkişaf etməkdədir.

Bu fikirləri politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, bu gün ikitərəfli münasibətlərə kölgə sala biləcək heç bir durum yoxdur: "Azərbaycanın geosiyasi mövqeyi, dünyəvi dövlət quruluşu, tolerant münasibətlər və yəhudi icmasına dövlətin göstərdiyi qayğı İsrailin diqqətini cəlb edən cəhətlərdəndir. İsrail-Azərbaycan münasibətləri daim inkişaf edir və inkişaf etməkdə davam edəcək".

Politoloq vurğulayıb ki, ikitərəfli münasibətlərdə heç bir tərəddüd yoxdur: "Hər iki ölkə münasibətlərin inkişaf etməsinin tərəfdarıdır. İsraildə Azərbaycanın güclü lobbisi var. Ümid edirəm ki, yaxın gələcəkdə İsraildə Azərbaycan səfirliyi fəaliyyət göstərəcək. Bu da münasibətlərin inkişafına müsbət təsir edəcək".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31