İtaliyada zəlzələ — Ölü və yaralılar var

İtaliyanın İsçia adası sahillərində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 3.6 bal gücündə olub. İlkin məlumatlara görə 1 nəfər həlak olub, 25 nəfər yaralanıb. Ən azı 7 nəfər dağıntılar altında qalıb. Zəlzələ 10 km dərinlikdə meydana gəlib. Yeraltı təkanlar Tiren dənizindəki adada bəzi binaların dağılmasına səbəb olub. Dağılan kilsədən düşən daş parçaları yaşlı bir qadının ölümünə səbəb olub. Xilasedicilər dağıntılar altında qalan 7 nəfəri xilas etmək üçün işə başlayıblar.

"Rizzoli" xəstəxanasının divarında böyük çatlar meydana gəlib. Bir çox otel boşaldılıb. Adaya 30 km-lik məsafədə olan Neapolda da zəlzələ hiss edilib. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31