Filmlərimiz Beynəlxalq Festivalda
Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. "Olaylar" bildirir ki,festival avqustun 31-dək davam edəcək. Festivalda müxtəliflik və multikultural dəyərlər təbliğ olunur. Ölkəmizi bu festivalda "Buta" və "Girov" filmləri təmsil edib. Filmlər Seul Tarix Muzeyində nümayiş olunub. Qeyd edək ki, "Buta" filmi2011 - ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, rejissoru İlqar Nəcəfdi.
22 Avqust 2017 08:18 Teatr və kinoAzərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur. "Olaylar" bildirir ki,festival avqustun 31-dək davam edəcək. Festivalda müxtəliflik və multikultural dəyərlər təbliğ olunur. Ölkəmizi bu festivalda "Buta" və "Girov" filmləri təmsil edib. Filmlər Seul Tarix Muzeyində nümayiş olunub.
Qeyd edək ki, "Buta" filmi2011 - ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilib. Filmin ssenari müəllifi İlqar Nəcəf və Ramiz Fətəliyev, rejissoru İlqar Nəcəfdi.
"Girov" filmi 2005 - ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilən filmin rejissoru Eldar Quliyevdi.Filmin ssenarisi Natiq Rəsulzadəyə və Eldar Quliyevə məxsusudu.