Rusiyada güclü yanğın: əhali təxliyə olunur
Rusiyanın Rostov şəhərində böyük yanğın baş verib. Yanğın 10-dan çox evi əhatə edib. Güclü külək alovu sürətlə başqa evlərə də keçirir.
21 Avqust 2017 16:35 DünyaRusiyanın Rostov şəhərində böyük yanğın baş verib. Yanğın 10-dan çox evi əhatə edib. Güclü külək alovu sürətlə başqa evlərə də keçirir. Artıq hadisə yerində bir neçə partlayış səsləri də eşidilib. Hadisə yerinə yanğınsöndürmə xidməti və polis əməkdaşları cəlb olunub. Əhali təxliyə edilir. Alov artıq 5 min kvadrat metr əraziyə yayılıb. Yanğının söndürülməsinə "Mi-8" helikopteri də cəlb olunub. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31