Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq

“Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə pilitoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu Ruisyanın Xabarovsk şəhərində yaşayan pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürüb: “İkili restoranın həyətində dava edib.

"Rusiyada növbəti anti-Azərbaycan isteriyasına hazır olmalıyıq". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə pilitoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu Ruisyanın Xabarovsk şəhərində yaşayan pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürüb: "İkili restoranın həyətində dava edib. Təkbətək vuruşduqlarından kənardakılar qarışmayıblar. Rusiyanın bütün saytları gün ərzində qətlin görüntülərini yayır. Dünya çempionunu öldürmək sıradan hadisə deyil. Anar hadisə yerindən qaçıb. Indi onu axtarırlar". Politoloq deyib ki, son hadisə ona bir neçə il öncə rusiyalı gənci qətlə yetirən azərbaycanlının olayını xatırladır: "O zaman da Rusiyada anti-Azərbaycan isteriyası artmış, qətldə şübhəli bilinən azərbaycanlının çalışdığı bazarı bağlamışdılar. Həmin yekəbaşın əməlinə görə, onlarla azərbaycanlı işini itirdi. Indi də bir neçə gün Rusiya mediası "azərbaycanlı qatil axtarılır" deyib tutacaq. Getmisən Rusiyaya, başını sal dolan də, yaşadığın və çalışdığın ölkənin vətəndaşıyla niyə mübahisə edib onu karate zərbəsiylə öldürürsən? Indi səni tutub ömürlük basacaqlar həbsə, həyatın puç oldu, hələ üstəlik Xabarovskdakı bütün yaxınlarını da deportasiya təhlükəsi gözləyəcək. Eyni sözlər Bakıda avtobusa daxil olub sərnişinləri tapança ilə qorxudan yekəbaşa da aiddir. Belə özündən razısansa, niyə indi qaçıb gizlənmisən".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31