Prezident İlham Əliyev Vilyam Hacıyevi ordenlə təltif etdi
Prezident İlham Əliyev V.F.Hacıyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
21 Avqust 2017 15:33 SiyasətPrezident İlham Əliyev V.F.Hacıyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Vilyam Fəhralı oğlu Hacıyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin. AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31