Gündəm

Qandonduran HADİSƏ: ana 2 uşağını diri-diri bişirdi, ATALARINI İSƏ...

17 Oktyabr 2017 13:42

Qanun keşikçilərinin sözlərinə görə, amerikalı ana ərinə zəng vuraraq, videoçatda uşaqların yanmış bədənlərini göstərib. Ata dərhal polis çağırıb. Qorxunc hadisə ABŞ-ın Corciya ştatının Atlanta şəhərinin sakinlərini dəhşətə gətirib. Ruhi xəstə olduğu bildirilən çoxuşaqlı ana 1 və 2 yaşlı oğullarını sobada diri-diri yandıraraq öldürüb. Bu barədə "The Atlanta Journal-Constitution" məlumat yayıb. Polisdən bildirilib ki, cütlüyün daha iki uşağı var və xoşbəxtlikdən onlar zərər çəkməmiş polis özünü yetirib.

"Ermənistan danışıqlar prosesini yenə pozacaq"- MÖVQE

17 Oktyabr 2017 13:39

"Azərbaycan sülh istəyir. Lakin Ermənistan sülhə hazır deyil. Bu baxımdan düşünürəm ki, düşmən ölkə bu dəfə də hansısa ciddi addım atmayacaq". Bunu açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə İsveçrə zirvə görüşünü şərh edərkən deyib. Deputat bildirib ki, zəruri məqamda Ermənistan yenə də danışıqlar prosesini pozacaq: "Çünki, Ermənistan danışıqlar masasına beynəlxalq təzyiqlər nəticəsində qayıdıb".

Ermənistanda Qarabağla bağlı İNANILMAZ AÇIQLAMA: “Biz azərbaycanlılarla...”

17 Oktyabr 2017 13:36

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Serj Sarkisyanın özünə və Qarabağdan gələnlərin qəbiləsinə sərfəli deyil. Çünki bu qəbilə Qarabağda müharibə dalğası zamanı Ermənistanda hakimiyyəti tutdu və məhz münaqişə nizama salınmadığı üçün hakimiyyətdə qala bilir”.

Qanunsuz ov edən 110 vətəndaş saxlanıldı

17 Oktyabr 2017 13:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçiriblər. Olaylar bildirir ki, 2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110  vətəndaş saxlanılaraq onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb.

“Taliban”ın əlində 5 il əsir qalan hərbçi ölkəsində həbs edildi: Ömürlük

17 Oktyabr 2017 13:28

ABŞ ordusunun çavuşu Bov Berqdahl “Taliban” terror təşkilatının əlində 5 il əsir qaldıqdan sonra Quantanamodakı “Taliban” üzvləri ilə dəyişdirilib. Ərarilikdə təqsirləndirilən hərbçi öz ölkəsində məhkəmə qarşısına çıxarılıb.

Dekorativ balıqlar və tibb zəlisi yetişdirilir

17 Oktyabr 2017 13:28

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi yetişdirilir. Olaylar bildirir ki, hazırda institut tərəfindən “Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, həmçinin “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır.

Polis məntəqəsinə hücum - 12 nəfər həlak oldu

17 Oktyabr 2017 13:26

Əfqanıstanın Pakita vilayətinin mərkəzində yerləşən  polis məntəqəsinə bombalı və silahlı hücum təşkil olunub. Olaylar bildirir ki, silahlı hücum və partlayış nəticəsində  ən az 12 nəfərin həlak olub, 60 nəfər yaralanıb. Əfqanıstan rəsmiləri partlayış nəticəsində polis rəisinin  və iki tecavüzkarın həlak olduğunu açıqlayıb.

Müharibənin ən dəhşətli ssenarisi bu olacaq - Hər an BAŞLAYA BİLƏR

17 Oktyabr 2017 13:25

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahının tamamilə qadağası ideyasını dəstəkləyir.  Bu haqda KXDR-in BMT-dəki daimi nümayəndəsi Kim İn Ren bildirib. O həmçinin əlavə edib ki, Pxenyan ABŞ-ın bu silaha malik olduğu müddətdə öz arsenalını saxlamaq niyyətindədir. Nüvə müharibəsinin istənilən vaxt başlana biləcəyini deyən diplomatın sözlərinə görə, Pxenyanda mövcud olan nüvə silahı və ballistik raketlər özünümüdafiə üçün vacibdir.

PKK'lı kadın terörist Zelal'ı 'Aşil' yakaladı!

17 Oktyabr 2017 13:23

Devam eden PKK operasyonlarından gelen son dakika haberine göre PKK'nın önemli bir ismi olan ‘Zelal’ kod adlı Necla Atak ve ona yardım yataklık eden 6 kişi yakalanarak tutuklandı. Terör örgütü PKK’nın türevlerinden YPS’ninMardin Kızıltepe sorumlusu ‘Zelal’ kod adlı Necla Atak ve ona yardım yataklık eden 6 kişi yakalanarak tutuklandı.  Mardin İl Emniyet Müdürlüğü ekiplerinin yaptığı Operasyon sırasında kaldığı evde operasyon timlerinden gizlenmeye çalışan YPS sorumlusu Atak’ı operasyon timlerinin özel eğitimli köpeği Aşil buldu. Operasyon Aşil’in boynunda taşıdığı kameraya baştan sona kaydedildi. Kızıltepe Cumhuriyet Başsavcılığının talimatları doğrultusunda Mardin İl Emniyet Müdürlüğüne bağlı İstihbarat, TEM ve Polis Özel Harekat (PÖH) timleri tarafından terör örgütüne yönelik nefes kesen bir operasyon düzenlendi.

Ahıska Türklerinin 'vatana dönüş' mücadelesi devam ediyor

17 Oktyabr 2017 13:21

Sovyetler Birliği döneminde bir gecede yurtlarından sürgün edilen 126 bin Ahıska Türkünün geri dönüş mücadelesi sürüyor.  Sovyetler Birliği Lideri Joseph Stalin tarafından anavatanlarından sürülenAhıska Türklerinin vatanları Gürcistan’a geri dönüşü için uluslararası toplum nezdinde çalışmalar devam ediyor. Avrupa Konseyi üyeliği sırasında Sovyetler Birliği döneminde bir gecede yurtlarından sürgün edilen 126 bin Ahıska Türkü’nün geri dönüşünü taahhüt eden Gürcistan, şimdiye kadar bu sözünü yerine getirmedi.

Rusiyada yenə bomba həyəcanı - 400 nəfər təxliyə olundu

17 Oktyabr 2017 13:18

Rusiyanın Lipetsk şəhərində anonim zəngdən sonra texnikum binası təxliyə edilib. Məlumata görə, texnikuma bomba qoyulması barədə zəngdən sonra axtarışlar aparılıb. Binadan 400-ə yaxın adam çıxarılıb.

Sahibkar qadın damarlarını doğrayıb

17 Oktyabr 2017 13:15

Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə Səbail rayon Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzində qeydə alınıb. Belə ki, mərkəzin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı iş yerində damarlarını kəsərək intihar edib.

Qadınların intihar narahatçılığı

17 Oktyabr 2017 13:14

“Son bir sutkada 1-i müəllim olmaqla 3 qadın intihar edib. Biri damarını kəsib, ikisi isə özünü asıb. Bu qara statistikanı gizlətməklə, ört-basdır etməklə iş düzəlmir. Vəziyyət kifayət qədər ciddidir”. “Olaylar” xəbər verir ki, bu fikirləri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin rəhbəri Ülkər Abdullayeva deyib. Bildirib ki, bu məsələnin üstünə gedirik, qadınlarla görüşürük, ümumi vəziyyəti, psixoloji durumu öyrənməyə çalışırıq: “Öz təbliğatımızı aparırır ki, intiharı seçmək yanlışdır.

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib

17 Oktyabr 2017 13:12

Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir.

Rusiyalı ekspert Cenevrə görüşünü şərh etdi:  “Nəsə demək çox çətindir”

17 Oktyabr 2017 13:08

 Bu barədə Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov Azərbaycan və Ermənistan prezidentlərinin ötən gün Cenevrədə keçirilən görüşünü erməni KİV-lərinə şərh edərkən bildirib. "Tərəflər hərbi qarşıdurma riskini azaldan danışıqlar formatını qoruyub saxlamalıdırlar. Görüş barədə bu qədər deyə bilərəm, çünki məlumat çox azdır. Belə görüşlər zamanı bir qayda olaraq gündəlik məlum olur və ya məlumat sızıntısına yol verilir ki, ekspertlər bunun əsasında təhlillər apara bilsinlər.