Gündəm
Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz edir
Ukraynanın paytaxtı Kiyevdə iki minə yaxın insanın iştirakı ilə Ali Radanın qarşısında mitinq keçirilir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin partiyası “Yeni güclər hərəkatı”da daxil olmaqla bir sıra siyasi qüvvələrin təmsilçiləri Ali radanın qarşısında toplaşıblar.
Erməni zabit və kursant yaralanıb
İrəvanda ağır yol qəzası baş verib. 19 yaşlı Qriqor iradə etdiyi "Vaz 217230" markalı 10 ՏX 100 nömrəli avtomobillə İrəvan sakini 18 yaşlı Seda və 47 yaşlı Simeonu vurub. Qəza nəticəsində xəsarət alan şəxslər Erebuni tibb mərkəzinə, daha sonra Ermənistan Müdafiə Nazirliyinə məxsus "Muratsan" hospitalına köçürülüb.
Astronomiya elmində inqilab — 6 yeni qalaktika kəşf edildi
Astronomlar elmdə inqilaba səbəb olan kəşfə imza atıblar. Uzaq kosmos və qalaktikaların doğulmasını müşahidə edən alimlər 6 yeni qalaktika kəşf ediblər.
Yad kişi ilə cinsi əlaqədə olmasa, ərinin cəsədini görə bilməz - Qəribə Afrika adəti
Afrikanın cənubunda yerləşən Malavidəki qəribə adətlər digər ölkələrin vətəndaşlarını dəhşətə gətirir. Belə ki, burada 9-10 yaşlı qızlar və dul qadınlar cinsi əlaqəyə məcbur edilir.
Acun daha bir verilişin yayımını dayandırdı
Sentyabrın 25-dən TV8-də yayımlanan "Emlak avcıları" verilişi də reytinq qurbanı olub. Kanalın sahuibi Acun ilıcalı proqramın gözlənilən nəticəni verməməsi səbəbindən yayımını dayandırıb.
ABŞ-da “qara dəlik” qorxusu - Bütün regionu UDACAQ
Ağ Ev Rakkanın azad edilməsindən sonra Suriyada vəziyyətin nizama salınması üzrə dəqiq strategiyaya malik deyil. Bu haqda rəsmi mənbələrə istinadən NBC telekanalı bildirib. Telekanal qeyd edir kimi, Suriya üzrə planın müzakirəsi çətinliklərlə rastlaşıb. Xüsusi halda, ABŞ-ın siyasi dairələri ölkənin prezident Bəşər Əsəd və İran güclərinin nəzarətinə verilmədən döyüşçülərdən azad edilməsi üzrə eyni fikrə gələ bilmirlər. Bundan başqa, Vaşinqtonda Suriyada hakimiyyətin ötürülməsi üsulu üzrə razılaşma yoxdur.
Mətanət efirə şəffaf geyimdə çıxdı: sellülitləri göründü
Dünən "5/5" verilişinin qonağı olan xanım ifaçı Mətanət Əsədova geyimi ilə diqqət mərkəzinə düşüb. Mətanət şəffaf uzun ətəkli geyimi ilə rəqs etməkdən də çəkinməyib. Həmin vaxt müğənninin sellülitləri kameraların obyektivindən qaçmayıb.
Zakir Nuriyev: "Bank sektorunda 6 milyard manatdan çox likvid vəsait yaranıb"
"Faiz gəlirlərinin azalması banklara çətinlik yaratmayacaq". Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.
Bakıda yanan binaya görə təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmiş şəxs ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Oqtay Vəliyev ifadə verib. O bildirib ki, yanğın nəticəsində mənzilinə ziyan dəyib. O. Vəliyev təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Sabah ölkə ərazisində küləkli, yağmursuz hava olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Deputat: "ABŞ Helsinki Komissiyasında Dağlıq Qarabağla bağlı dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət edir"
ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də keçirməyi planlaşdırdığı “Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu” mövzusunda dinləmələr yalnız Ermənistanın maraqlarına xidmət edir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Baş anestezioloq-reanimatoloq: Xəstənin əlavə müayinələrə etinasızlığı cərrahiyyə stolunda özünü göstərir
Xəstə əməliyyata girməmişdən əvvəl mütləq müayinələrə getməlidir. Amma bu müayinələrə etinasız yanaşılır. Bu isə cərrahiyyə stolunda mütləq özünü göstərir. Məlumata görə, bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov deyib. Onun sözlərinə görə, uşaqlar xüsusilə əməliyyatdan əvvəl pediatr müayinəsindən keçməlidir. Uşaq sağlam olsa belə, bu müayinələr mütləq aparılmalıdır.
Dəniz Baykal təcili əməliyyata alındı
Türkiyəli millət vəkili Dəniz Baykal təcili əməliyyata alınıb. Onun beynində ödem toplanıb. CHP-li millət vəkilinin müalicə aldığı Ankara Universiteti İbn Sina xəstəxanasının professoru D. İbiş onun beyin qanaması keçirdiyini bildirib: “D.Baykalın beyninin tomoqrafiyasını çıxardıq. Onun beynində ödem yaranıb və qanama artıb. Fiziki müayinə zamanı aşkarlanan simptomlar da nəticəyə uyğun gəldi və biz onun əməliyyat edilməsinə qərar verdik. Xəstə hazırda əməliyyatdadır”.
PA rəsmisi: "Sarkisyan razılaşmanı pozmağı özünə şərəf sayır"
Sarkisyan adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.
PKK-ya daha bir ZƏRBƏ - Komandiri ələ keçirildi
Hazırda davam edən PKK əməliyyatlarından gələn son xəbər görə, təşkilatın ən önəmli liderlərindən olan “Zelal” kod adlı Necla Atak və onun 6 yardımçısı ələ keçirilib.PKK-nın Mardin bölgəsindən cavabdeh olan Zelal qaldığı evdə əməliyyat komandalarının xüsusi təyinatlı itləri tərəfindən tapılıb.














