Gündəm

Elçin Əhmədov: Rusiyanın Ermənistanı silahlandırması onun tərəfsiz vasitəçiliyini şübhə altında qoyur

17 Oktyabr 2017 12:20

2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketini artıq təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacağı gözlənilir.

Ölkədə təhlükəli bir cərəyan formalaşır

17 Oktyabr 2017 12:17

“Ölkəmizdə təhlükəli bir cərəyan formalaşır”. “OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə, bir neçə ildir ki, bu barədə mediada məlumatlar verirlər: "Cərəyanı formalaşdıran, insanları yanlış yerə yönləndirən şəxslərin adlarını da vermişik. Həmin cərəyanın məqsədi müsəlmanlar arasında bölücülük salmaqdır.

10 min hektar sahənin suvarma layihəsinin icrası yekunlaşır

17 Oktyabr 2017 12:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarma layihəsinin icrası yekunlaşmaq üzrədir.

Leyla Yunusdan daha bir ermənipərəsət mövqe

17 Oktyabr 2017 12:15

Azərbaycandan kənardakı fəaliyyətini sırf ölkəmizə qarşı təxribat və düşmənçiliyə sərf edən "hüquq müdafiəçisi" Leyla Yunus bu günlərdə daha bir ermənipərəsət mövqe sərgiləyib. “OLAYLAR” -ın xəbərinə görə, Çexiyanın paytaxtı Praqada ənənəvi olaraq keçirilən "Forum-2000" toplantısında çıxış edən Leyla Yunus Qərb dövlətlərinə müraciət edərək onları Azərbaycana qarşı "Suriya praktikasını" tətbiq etməyə çağırıb.

"Ermənistana təzyiqlər davamlı olmalıdır"- MÖVQE

17 Oktyabr 2017 12:13

“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünün nəticələrindən optimist nəsə söyləmək olmaz. Lakin dövlət başçıları səviyyəsində görüşün keçirilməsi o deməkdir ki, bizim prinsipial mövqeyimiz yenidən səslənir”. Bunu politoloq Fikrət Sadıqov oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşünü şərh edərkən deyib.

Veteran güləşçilərimiz Bolqarıstandan medalla qayıdıb

17 Oktyabr 2017 12:11

Bolqarıstanın Plovdiv şəhərində Veteran güləşçilərin Dünya çempionatı keçirilib. AGF-dən “OLAYLAR”-a daxil olan məlumata görə,  Azərbaycan pəhləvanları çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. 

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

17 Oktyabr 2017 12:10

Oktyabrın 17-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  müdafiə sahəsində mövcud əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan hərbi əlaqələrin bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığını qeyd ediblər.

İŞİD Kərkünün iki kəndini ələ keçirdi

17 Oktyabr 2017 12:09

İŞİD terror təşkilatı Kərkükün qərb hissəsində iki kəndi ələ keçirdiyini açıqlayıb. Olaylar bildirir ki, İŞİD Kərkükün El-Milh və Et-Tuveyliğa kəndlərini ələ keçirib. Terror qrupunun bölgədə neft quyularının olduğu istiqamətə doğru irəlilədiyi, kənd sakinlərinin də qonşu kəndlərə qaçdığı bildirilir.

Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

17 Oktyabr 2017 12:08

Oktyabrən 17-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.

Cenevrə görüşündən dərhal sonra Sərkisyandan növbəti aqressiv mövqe

17 Oktyabr 2017 12:07

Cenevrə danışıqları başa çatar-çatmaz Ermənistan prezidenti Serj Sərkisyan yenidən aqressiv açıqlaması ilə İrəvanın sülh prosesinə hazır olmadığını bir daha təsdiqləyib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra İsveçrədəki Ermənistan səfirliyində bu ölkədəki erməni diasporunun nümayəndələri ilə görüşən Sərkisyan danışıqlarda problemin həlli istiqamətində hər hansı bir nəticənin əldə edilmədiyini söyləməklə yanaşı, həmçinin özünün ənənəvi aqressiv fikirlərini bir daha səsləndirib.

Düşmən 105 dəfə atəşkəsi pozub

17 Oktyabr 2017 12:04

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub. 

Altı tələbənin ölümü ilə nəticələnmiş qəzada zərərçəkənlərə 41250 manat ödənilib

17 Oktyabr 2017 12:03

2017-ci ilin martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford" markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.

İqnasio Herrera: "Atletiko"nu Bakıda çətin oyun gözləyir" 

17 Oktyabr 2017 12:02

"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb. Məlumata görə, o, "Marca"ya açıqlamasında Madrid klubunu Bakıda çətin oyun gözlədiyini deyib: "Qarabağ" çox yaxşı komandadır. Onların güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".

Hakimdən məhkəməyə körpə uşağı ilə gələn nazirlik işçisinə XƏBƏRDARLIQ

17 Oktyabr 2017 12:00

Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Aytəkin Bağırovaya çıxış etmək üçün söz verilib. Amma o, məhkəmədən çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib: “Zərərçəkənlərin pulunu qaytarmaq niyyətim var. Ona görə də mənə əlavə vaxt verimləsini xahiş edirəm”.

Şimali İraqdakı müharibə Avropanı qorxuya saldı

17 Oktyabr 2017 11:58

Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Federika Moqerini İraqın baş naziri və Silahlı Qüvvələr Komandiri Heydər Əl İbadi ilə telefonla danışıb.