İqnasio Herrera: "Atletiko"nu Bakıda çətin oyun gözləyir"
"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb. Məlumata görə, o, "Marca"ya açıqlamasında Madrid klubunu Bakıda çətin oyun gözlədiyini deyib: "Qarabağ" çox yaxşı komandadır. Onların güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".
17 Oktyabr 2017 12:02 İdman"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb. Məlumata görə, o, "Marca"ya açıqlamasında Madrid klubunu Bakıda çətin oyun gözlədiyini deyib: "Qarabağ" çox yaxşı komandadır. Onların güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək".
Qeyd edək ki, İ.Herrera 2008-2009-cu illərdə İspaniyada "Betis"in B komandasında çıxış edib. Sia.az