Gündəm
Evlərə qənim kəsilən saxlanıb
4 evdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Qasımov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-dən 16-dək olan müddətdə rayon ərazisində 4 evdən velosiped, su mühərriki və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımov tutulub.
Əvvəl işlədiyi mağazadan oğurluq etdi
Noyabrın 20-də Astara rayonunun Pensər kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, 193 manat pul və 425 manat dəyərində danışıq kartları axşam saatlarında oğurlanıb.
Ölkəmizə qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. DGK-dan “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2ədəd "Samsung Galaxy J3" və 1 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefonlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Gömrük Komitəsi təkzib edir
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.
Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul etdi
BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşər Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib. Təkliflər arasında Konstitusiyaya və seçki sisteminə dəyişiklik, həmçinin ümumi əfv də var.
Şəbnəm Tovuzlu tamaşaçını təhqir etdi: “Get anana…” – QALMAQAL – FOTO
Tanınmış müğənni Şəbnəm Tovuzlu ilə “İnstaqram” hesabındakı izləyicisi arasında qalmaqal baş verib. Ötən gün adının açıqlanmasını istəməyən şəxs Şəbnəm Tovuzlu tərəfindən təhqir edildiyini deyib. O bildirib ki, müğənniyə çəkisi ilə bağlı iradını bildirdəkdən sonra təhqirlərə məruz qalıb.
Hərbçiyə etibar edib evinə getdi, təcavüzə məruz qaldı… – Sumqayıtda - TƏFƏRRÜAT
Sumqayıt şəhərində olan hadisə nəticəsində qız hamilə qalıb, ailəsi ondan imtina edib Sosial şəbəkədə tanış olduğu hərbçi şərti adı A.H (22 yaş) ilə şərti adı O.Ə (31 yaş) Bakı şəhərində görüşüblər. Hərbçi onu yaşadığı Sumqayıt şəhərinə getməyi təklif edib.
Ayı ovlayanlar saxlanılıb
Ayı ovlayanlar saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin əməkdaşları Şahdağ Milli Parkının Quba rayon ərazisində reyd keçirən zaman 3 atlının yüklü halda hərəkət etdiyini görüb onları saxlamaq istəsələr də, sonuncular atların üzərindəki yüklərini ataraq oradan uzaqlaşıblar.
“Ermənilərin dilini hamıdan yaxşı bilən Azərbaycan hərbisidir”
“Ermənistan mətbuatının Azərbaycanın hərbi müqavilələrində yaranmış çətinliklərlə bağlı yazdıqları yalnız blefdir”. Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, son illərdə ermənilər yalnız bir dəfə Rusiya ilə Azərbaycan arasında imzalanmış müqavilənin mətninə dəyişiklik etdirə biliblər: “Nəticədə Ermənistanın hərbi sənaye kompleksindəki ən böyük adamı A. Fomin vəzifədən kənarlaşdırıldı. İsraillə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədədir. İsrailin fikrincə Ermənistan ciddi, müstəqil dövlət deyil, plastilin dövlətdir. Onu istənilən formaya salmaq olar. Ona görə İsrail Ermənistana anti-İran forma vermək istəyir. Xaricdə yaşayan ermənilər İranın ərazisində böyük casus şəbəkəsi yarada biliblər. Milliyətcə erməni olan bir neçə Amerika vətəndaşının İran-Ermənistan sərhədində saxlanılması barədə məlumatlar yayılmışdı. Yəqin ki, İranın içərisində olan casusların sayı daha çoxdur”.
“Rusiyanın fikrincə bu variant Azərbaycanı ABŞ-a doğru itələyə bilər”
“Prezidentlərin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı”nda deyib. O bildirib ki, Cenevrə görüşündən sonra E. Şefer ABŞ adından Dağlıq Qarabağ tənzimlənməsi üçün 4 maddəli variant açıqlayıb: “Variantlarda hərbi məsələlərin həlli, ərazilərin qaytarılması, statusun müəyyənləşdirilməsi, qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli əks olunur.
İranda çörək və dərman preparatları bahalaşıb
Xəzərdə yenidən zəlzələ olub
Noyabrın 22-də Xəzər dənizində 3,2 bal gücündə ikinci zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:25:43-də qeydə alınıb. Ocağı 60 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Bahar Muradova: “Hüquq mühafizə, təhlükəsizlik və məhkəmə orqanlarında islahatlara ehtiyac var”
Milli Məslisin noyabrın 22-də keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib. Millət vəkili Musa Qasımlı qeyd edib ki, 2018-ci il üçün dövlət büdcə layihəsi müvafiq qanunauyğun olaraq hazırlanıb. Büdcə layihəsi vətəndaşların yaxşı yaşaması və sosial yönümlüdür.
Azay Quliyev QHT-lərə ayrılan vəsaitin artırılmasını təklif edib
Millət vəkili Azay Quliyev Qeyri-Hökümət Təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitin də artırılmasını istəyib. “Olaylar” xəbər verir ki, millət vəkili bunu QHT-lərə dəstək kimi qiymətləndirib: “Son 5-6 ildir bu məsələyə toxunmuram. Lakin bu dəfə bu məsələni deməyə məcburam.
Dövlətimiz ifrat siyasi radikal baxışları aradan qaldırmağı bacarır
Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan dövlətdir. Dolayısı ilə ümumi aspektlər baxımından Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Heç bir vətəndaşımız dövlət qurumlarına zərər verən, bu qurumların fəaliyyətini ləngidən və ya dövlətin əsas dəyərlərinə ziyan vuran hansısa bir fəaliyyətə qətiyyən yol verilməməlidir. Elə ictimai-siyasi fəal Samir Zeynalov da belə düşünür.














