Gündəm
Bakıda “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransı keçiriləcək
Kaspersky Lab” şirkəti 28-30 noyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransının tərəfdaşlarından biridir. “OLAYLAR”-ın xəbərinə görə, tədbirin ilk günündə “Kaspersky Lab” şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoru Andrey Suvorov çıxış edəcək. O, şirkətin sənaye istehsalının təhlükəsizliyi sahəsindəki həlləri və kritik infrastruktur haqqında danışacaq.
Ekspert: “Dekabr ayında manat ucuzlaşa bilər?”
“Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib”.
Zahid Oruc: “Problemli kreditlərdə insanlar günahkar deyil”
Beynəlxalq Bankla baglı məsələlərə toxunmaq hamımız üçün ağrılı mövzudur. Hökumət Beynəlxalq Bankın xarici borclarını və digər öhdəliklərini üzərinə götürməklə, həm də siyasi, iqtisadi nüfuzunu və maliyyə reytinqini qoruyub saxlamağa çalışır”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Zahid Oruc bildirib.
Əflatun Amaşov: “Onlayn mediaya 1 milyon vəsait ayırılsın”
“Bir neçə dəfə onlayn jurnalistika üçün maliyyə ayrılıması məsələsini qaldırmışam. Onlayn mediaya 1 milyon vəsait ayırılımasını təklif edirəm”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə (MM) 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, biz bu vəsaiti ayırsaq, yaxın vaxtlarda bunun effektini görərik: “Xaricdən olan informasiya təzyiqləri ilə onlayn mediya mübarizə aparır. Onlayn mediada çatışmazlıqlar var. Ayrılan vəsait hesabına onu aradan qaldırmaq olar”.
Azərbaycan XİN: "Ermənistan "dəvəquşu siyasəti"nə son qoymalıdır"
"Göründüyü kimi, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan E.Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub".
Kiyev Rusiya üzərində strateji qələbəni elan etdi
Ukraynanın baş naziri Vladimir Qroysman Rusiya üzərində strateji qələbədən danışıb. Baş nazir artıq iki ildir Rusiya təbii qazını almadğını deyib. “Biz hamımız xatırlayırıq ki, yaxın vaxtlarda bütün enerji resurslarlarına görə Rusiyadan tamamilə asılı vəziyyətdə idik.
Azərbaycanda hər bir vətəndaş söz, fikir və ifadə azadlığında sərbəstdir
Özünün demokratik inkişaf yolunu seçmiş Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması üçün bütün lazımı inkanlar yaradılıb. Hazırda ölkə vətəndaşları beynəlxalq standartlar əsasında hazırlanmış milli qanunvericilik çərçivəsində söz və ifadə azadlığından sərbəst şəkildə istifadə edə bilir. Eləcə də ölkədə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şərait beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir.
Mühasibatlıq üzrə keçiriləcək olimpiada çərçivəsində tələbələrlə görüşlər davam edir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə I Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.
Azərbaycanda bəzi yaşayış məntəqələrində radon qazı normadan artıqdır
Radon qazı əsasən ölkənin dağlıq ərazilərindəki bir sıra yaşayış məntəqələrində normadan artıq müəyyən edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) məlumat verilib.
Güclü qasırğa Batumi və Poti limanlarında PROBLEM YARATDI
Gürcüstanın Qara dəniz sahillərində ötən gecədən davam edən güclü qasırğa Poti və Batumi limanlarının işini iflic edib. Ötən gecədən gəmilərin qəbulu və göndərilməsi əməliyyatları dayandırılıb.
Livanın baş naziri istefa qərarından imtina etdi
Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın baş naziri Saad Hariri bu qərarından imtina edib. Postundan getmək barədə qərarından daşınan Hariri yenidən ölkə hökumətinə başçılıq edəcək. O, bu barədə çərşənbə günü Prezident sarayında keçirilən mətbuat konfransında məlumat verib və bildirib ki, bu addımı Livan prezidenti Mişel Aunun xahişi ilə atıb.
Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
“Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib. Bu barədə Mash teleqram-kanalı xəbər yayıb.
Keçmiş arvadının boğazını kəsəb aradan çıxan yaxalanıb
Keçmiş arvadı Mətanət Muxtarovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 5-də Gədəbəy rayonunun Arıqdam kəndində kənd sakini Fariz Muxtarov münaqişə zəminində keçmiş arvadı Mətanət Muxtarovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Yük avtomobili avtobusla toqquşub: xəsarət alanlar var
Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 21-də saat 13 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Lənkəran şəhər sakini Yusif Həsənov idarə etdiyi “Hovo” markalı yük avtomobilini yolun kənarında dayanmış “İsuzu” markalı 149 saylı xətt avtobusuna vurub.
Qonağı qətlə yetirən könüllü polisə təslim olub
Bərdə rayon sakini İlqar Mirzəyevi qətlə yetirmiş İsgəndər Hüseynov könüllü olaraq istintaqa təsilm olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 22-də saat 3.00 radələrində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İsgəndər Hüseynov Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayədə yaşadığı evdə qonağı, həmyerlisi İlqar Mirzəyevə bıçaqla xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb. İ.Hüseynov könüllü olaraq 10-cu Polis Bölməsinə gələrək istintaqa təsilm olub.














