Gündəm
Samir Şərifov deputatların iradlarını cavablandırdı
"Dünən Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı dövlət büdcəsində sosial xərclərin azaldığı barədə fikirlər səsləndirildi. Amma 2018-ci ilin dövlət büdcəsində heç bir sosial xərc azaldılmayıb. Ən azı cari ilin səviyyəsində saxlanılıb”. “Olaylar”ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Luqansk separatçılarının lideri mühasirəyə alınıb, tərəfdarları həbs edilir
Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində yerli separatçıların rəhbəri İqor Plotnitskiyə yaxın şəxslərin həbsinə başlanıb, onun özü isə "hökumət evi"ndə mühasirədə saxlanılır.
Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib
“Bu il ərzində 1885 sərnişin təhlükəsizlik kəməri bağlamadığına görə inzibati məsuliyyətə cəlb olunub”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
“Noyabr ayının 13-dən etibarən avtomobilinin dövlət qeydiyyat nişanında defis işarəsinin pozulmasına görə 133 sürücü inzibati məsuliyyətə cəlb olunub”.
Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”
“Büdcədə neftin qiymətini artırsaq, büdcənin gəlir hissəsini artıra bilərikmi? Fikrimcə, büdcədə neftin qiymətinin 45 dollardan götürülməsi düzgün qərardır. Neftin qiymətini yüksək götürən beynəlxalq qurumlar dedikləri proqnozlara məsuliyyət daşıyırlarmı? Onların verdiyi proqnozların yerinə yetirilməsinə kim məsuliyyət daşıyacaq?”.
Deputat: “Banklara zəng edib seçicilərimizin kreditlərinə görə yalvarırıq”
Millət vəkili Qənirə Paşayeva banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb. “Olaylar” xəbər verir ki, deputat vətəndaşlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib: "Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurdu. Dollarla kredit götürən bir çox sadə vətəndaşların kreditlərinin qaytarılmasında ciddi problemlər yaranıb.
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”
“Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı I vitse-spiker Ziyafət Əsgərov deyib.
Ərdoğan Ruhani ilə görüşüb
Prezident Rəcəb Tayyip Ərdoğan Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşüb. Sammit çərçivəsində Ərdoğan-Putin və Putin-Ruhani ikitərəfli görüşlərinin də keçiriləcəyi gözlənilir.
Azərbaycanda yaşayan ermənilərin sayı açıqlanıb
AMEA Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə elmi seminar keçirilib. İnstitutdan verilən məlumata görə, seminarda institutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda məruzə edib.
Ali hərbi məktəbdə dini maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan “Tədbirlər Planı”na əsasən Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub
HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. Müdafiə Nazirliyinin rəhbərliyi bölmənin əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.
Deputatdan maliyyə amnistiyası təklifi
Milli Məclisdə Azərbaycanda maliyə amnistisiyasının elan edilməsi təklif olunub. “Olaylar” xəbər verir ki, büdcə müzakirələrində çıxış edən Tahir Kərimli bildirib ki, bu məsələni uzatmaq lazım deyil: “Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq.
Oqtay Əsədov: “Lazım gələrsə, büdcədə neftin qiymətinə yenidən baxa bilərik”
“Lazım olacaqsa, gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı spiker Oqtay Əsədov deputatların neftin qiymətinin büdcədə 45 dollardan götürülməsi ilə bağlı narahatlığına cavab olaraq deyib.
Brüsseldə keçirilən Beynəlxalq Forum separatizmin nə qədər ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirir
“Bu gün dünyanın müxtəlif bölgələrində separatizm meyillərinin güclənməsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi əngəl törədir. Artıq uzun illərdir ki, Azərbaycan da bu bəladan əziyyət çəkir.
Qaçqın və məcburi köçkün gənclər mükafatlandırılacaq
Noyabrın 23-də Gənc Tamaşaçılar Teatrında Qaçqın və məcburi köçkün gənclərin IV yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi və qala-konsertin keçirilməsi nəzərdə tutulub.














