Ali hərbi məktəbdə dini maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan “Tədbirlər Planı”na əsasən Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan "Tədbirlər Planı"na əsasən Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanan "Şəhadət" sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin şəxsi heyət üzrə rəis müavini Mikayıl Hüseynov milli-mənəvi dəyərlərimizin təbliğində maarifləndirmə işinin böyük əhəmiyyətə malik olduğunu bildirib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev tədbirdə geniş məruzə ilə çıxış edib. "Şəhadət" sənədli filminin gənclərin vətənpərlik ruhunda tərbiyə almasına böyük töhfə verdiyini diqqətə çatdıran natiq bu sahədə görülən işlər haqqında məlumat verib. C.Əliyev dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətləri barədə dinləyiciləri məlumatlandıraraq, maarifləndirmənin bu mübarizənin prioritet istiqaməti olduğunu vurğulayıb.

Tədbirin sonunda kursantları maraqlandıran suallar cavablandırılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31