Qaçqın və məcburi köçkün gənclər mükafatlandırılacaq

Noyabrın 23-də Gənc Tamaşaçılar Teatrında Qaçqın və məcburi köçkün gənclərin IV yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi və qala-konsertin keçirilməsi nəzərdə tutulub.

Noyabrın 23-də Gənc Tamaşaçılar Teatrında Qaçqın və məcburi köçkün gənclərin IV yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi və qala-konsertin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumat "OLAYLAR"-a GİN-dən daxil olub. Bildirilib ki, festival-müsabiqənin keçirilməsində əsas məqsəd - qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələrinə kömək göstərilməsi, onlara olan dövlət qayğısının daha da artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Tədbir çərçivəsində qaçqın və məcburi köçkün gənclər arasında rəsm, musiqi, rəqs sahəsində müsabiqələrin keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31