Bakıda “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransı keçiriləcək

Kaspersky Lab” şirkəti 28-30 noyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq “Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi” konfransının tərəfdaşlarından biridir. “OLAYLAR”-ın xəbərinə görə, tədbirin ilk günündə “Kaspersky Lab” şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoru Andrey Suvorov çıxış edəcək. O, şirkətin sənaye istehsalının təhlükəsizliyi sahəsindəki həlləri və kritik infrastruktur haqqında danışacaq.

Kaspersky Lab" şirkəti 28-30 noyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq "Xəzər və Mərkəzi Asiyada neft emalı və neft-kimya sənayesi" konfransının tərəfdaşlarından biridir. "OLAYLAR"-ın xəbərinə görə, tədbirin ilk günündə "Kaspersky Lab" şirkətinin kritik infrastrukturun təhlükəsizliyi sahəsində biznesin inkişafı üzrə direktoru Andrey Suvorov çıxış edəcək. O, şirkətin sənaye istehsalının təhlükəsizliyi sahəsindəki həlləri və kritik infrastruktur haqqında danışacaq.

Sözügedən konfrans artıq dördüncü dəfə təşkil olunur. Hər il bu tədbir Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistandan hökumət orqanlarının, iri neft emalı zavodlarının və neft-kimya qurumlarının nümayəndələrini, eləcə də mühəndislik və texnoloji şirkətləri bir araya gətirir.Konfransınaçılışını Qazaxıstanın energetika üzrə nazir müavini Maqzum Mirzəqalıyev edəcək, iştirakçılar SOCAR-ın istehsal müəssisələrinə ziyarət edə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31