Dövlətimiz ifrat siyasi radikal baxışları aradan qaldırmağı bacarır

Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan dövlətdir. Dolayısı ilə ümumi aspektlər baxımından Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Heç bir vətəndaşımız dövlət qurumlarına zərər verən, bu qurumların fəaliyyətini ləngidən və ya dövlətin əsas dəyərlərinə ziyan vuran hansısa bir fəaliyyətə qətiyyən yol verilməməlidir. Elə ictimai-siyasi fəal Samir Zeynalov da belə düşünür.

Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan dövlətdir. Dolayısı ilə ümumi aspektlər baxımından Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Heç bir vətəndaşımız dövlət qurumlarına zərər verən, bu qurumların fəaliyyətini ləngidən və ya dövlətin əsas dəyərlərinə ziyan vuran hansısa bir fəaliyyətə qətiyyən yol verilməməlidir. Elə ictimai-siyasi fəal Samir Zeynalov da belə düşünür. O, bildirib ki, milli vəzifəmiz həmişə dövlətin yanında olmaqdır. Buna zidd fəaliyyət göstərən insan isə öz oturduğu evin bünövrəsini qazan şəxs kimi öz varlığına və gələcəyinə zərər vermiş olar: "Təəssüf ki, Azərbaycanın istər keçmiş, istərsə də bu günkü inkişaf etmiş ictimai-siyasi vəziyyətində qeyd olunan zidd fəaliyyətin subyektləri mövcud olmuş və olmaqdadır. Amma dövlətimiz ifrat siyasi radikal və dini baxışların dünya təcrübəsində acınacaqlı nəticələrinin zaman-zaman aktual məsələrdən biri olduğunu dərk edərək bu neqativ situasiyaları xalqımızın maraqları naminə aradan qaldırmağı qətiyyətlə bacarır. Ölkəmizdə dövlətimzin ali strukturlarında aparılan kadr islahatları, anti-korrupsiya əməliyyatları, müəyyən müddətdir davam etmiş qeyri-etik və dövlət məmurunun şərəf və ləyaqətinə uyğun olmayan davranışların subyektləri göründüyü kimi bu gün dövlətimizin-cənab Ali Baş Komandanımızın səriştəsi sayəsində zərərsizləşdirilmişdir. Bu mənada vacib olaraq ictimai nəzarət dövlətə bağlılıq əhəmiyyətinin şəxsi maraqlardan uzaqlığı xüsusilə bu cür neqativ halların vaxtında aradan qaldırılmasını zərurətə çevirir. Digər tərəfdən ictimaiyyət içərisində yer alan bəzi nankor, qeyri-azərbaycanlı təəssüratı yaradan cinsindən aslı olmayaraq kəslərin yürütdükləri cəfəng, mənəviyyatsız, savadsız və ən əsası ümumxalq mövqeyində yürüdülən mühakimlər məhz onlara dövlətdən çox yaxın olan biz-sağlam düşüncəli Azərbaycan gəncləri, orta yaşlı Azərbaycan vətəndaşları tərəfindən pislənməlidir. Öz dilinə, öz vətəninə, göz açdığı torpağın səmasına böyük qanlar bahasına ucalan bayrağına hörmət etməyən şəxslər bizdən deyildir. Qətiyyətlə deyirəm və fikrimi müdafiə edərək bəyan edirəm ki, belələri erməni maraqlarına xidmət edənlərdir. Cəmiyyətə və dövlətə faydasızlığı ilə seçilən bu tip insanların milçək qədər ürək bulandıran mövcudluğu dövlətimizə, vətənimizə və sağlam düşüncəli Azərbaycan elitasına olan sədaqətimizi daha sarsılmaz edir". Samir Zeynalov onu da diqqətə çatdırıb ki, demokratik cəmiyyətdə ölkə məsələlərinin həllində hər kəsin və hər qrupun fərqli fikirləri ola bilər: "Məsələn, bəziləri azad bazar iqtisadiyyatını müdafiə edə, bəziləri liberal, bəzilər isə qarışıq iqtisadiyyatın faydalı olacağını düşünər. Eyni qaydada xarici siyasətdən tutmuş ölkənin abadlaşdırılması məsələlərinə qədər hər mövzuda fərqli fikirlər ola bilər. Dünyagörüşü cəhətdən də cəmiyyətin bir hissəsi daha mühafizəkar, bir hissəsi daha liberal olar. Amma əhəmiyyətli olan bütün bu fərqli siyasi və mədəni cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış göstərməlidir. Hökümət tərəfindən cəmiyyətin ümumi faydası üçün yeridilən siyasət bəzən cəmiyyətdəki bəzi qrupları narahat edə bilər. Onlar dövlətin apardığı siyasətin onlara zərər verdiyini düşünə bilərlər. Lakin bu kimi vəziyyətlərdə həll yolu dövlətə qarşı çıxmaq , küçələrə axışıb dövlətə etiraz etməyə çalışmaq, hətta dövlətin təhlükəsizlik güclərinə qarşı çıxmaq deyildir.Ümummilli lider Heydər Əliyevin də dediyi kimi kim müxalifətdə durursa dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın. Həll yolu-problemlərin və tələblərin dövlətə bildirilməsi və dövlətlə birlikdə həll yollarının axtarılmasıdır. Belə ki, dövlətin bu kimi tələb və problemləri həll edən mexanizmləri var". Natiq qeyd edib ki, dövlətimiz cəmiyyətin tələblərini dinləməyən bir qurum deyil: "Əksinə, dövlət ədalət sistemi, parlamenti ilə cəmiyyətin tələblərini qarşılamağa yönələn quruluşdur. İstəyən hər kəs ərizə ilə dövlət idarələrinə müraciət edə bilər və kömək istəyə bilər. Hətta hər kəs dövlətdən izn alıb yürüş keçirə, nümayiş təşkil edərək fikirlərini demokratik yolla ifadə edə bilər. Azərbaycan Respublikası vətəndaşları bu xüsusları nəzərə almalı və hər cür problem və şikayətlərini dövlətə zidd davarnmaqla deyil, dövlətin rəsmi instansiyalarına müraciət etməklə və uzlaşma yolu ilə həll etməyə çalışmalıdırlar. Buna uyğun olmayan hərəkət onu edən şəxsə heç bir fayda verməməklə yanaşı cəmiyyətimizə yalnız narahatlıq verər. 
Sonda onu da qeyd etmək istəyirəm ki, bu gün mütəriqqi siyasətin subyekti, onun irsi və balanslı sistematik kompleksi sayəsində Azərbaycanda cazibə mərkəzi var. Onun mahiyyəti Prezidentimiz İlham Əliyevin irəli sürdüyü, Heydər Əliyev siyasi irsinidən qidalanan milli ideyadır. Milli həmrəylik bu ideya ətrafında cərəyan edir. O , ölkənin inkişafı üçün əsas mənəvi özəyə çevrilib. Bu ideya postsənaye, informasiya cəmiyyətinn yolunu işıqlandırır, böyük vəzifələrin həllinə hədəflənmiş insanları ruhlandırır və birləşdirir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Əminəm ki, biz qarşıya qoyulmuş bütün məqsədlərimizə çatacağıq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31