“Rusiyanın fikrincə bu variant Azərbaycanı ABŞ-a doğru itələyə bilər”

“Prezidentlərin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir”.  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı”nda deyib. O bildirib ki, Cenevrə görüşündən sonra E. Şefer ABŞ adından Dağlıq Qarabağ tənzimlənməsi üçün 4 maddəli variant açıqlayıb: “Variantlarda hərbi məsələlərin həlli, ərazilərin qaytarılması, statusun müəyyənləşdirilməsi, qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli əks olunur.

"Prezidentlərin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir".  Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib. O bildirib ki, Cenevrə görüşündən sonra E. Şefer ABŞ adından Dağlıq Qarabağ tənzimlənməsi üçün 4 maddəli variant açıqlayıb: "Variantlarda hərbi məsələlərin həlli, ərazilərin qaytarılması, statusun müəyyənləşdirilməsi, qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli əks olunur.

E. Şefer bu variantı hazırlayarkən mənbə kimi Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulan Helsinki Yekun Aktının 3 prinsipindən istifadə edib. Şeferin variantı ermənilərin dəstəklədiyi prinsiplər toplusu üzərində qurulsa da, Azərbaycan üçün məqbul variantdır. Rusiyanın fikrincə bu variant Azərbaycanı ABŞ-a doğru itələyə bilər. Eləcə də Şeferin fəaliyyəti və ortaya qoyduğu variant ATƏT MQ-ni Rusiyanın monopoliyasından çıxara bilər. Dinc tənzimlənmədə təşəbbüskarlığı Rusiyadan alıb ABŞ-a verə bilər. Ona görə də Rusiya Federasiyası dərhal aktivləşdi". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31