Gündəm
Beynəlxalq məhkəmə general Mladiçi ömürlük həbsə məhkum edib
Niderlandın Lahey (Haaqa) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesi zamanı Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib. R. Mladiç 2-si soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb.
Zimbabvenin yeni prezidenti kim oldu?
Zimbabvenin yeni prezidenti Emmerson Mnanqarvanın inauqurasiyası noyabrın 24-də baş tutacaq. Məlumata görə, bundan əvvəl ölkənin vitse-prezidenti olan Mnanqarvanı əvvəlki prezidetn Robert Muqabe vəzifədən kənarlaşdırmışdı.
Rusiyada yeni viza sisteminin tətbiqinə başlanıldı
Rusiya ölkədə müvəqqəti yaşamaq icazəsi almaq üçün yeni növ vizaları təsdiqləyib. Rusiyanın Nazirlər Kabinetinin yaydığı məlumata görə, ölkəyə daxil olmaq üçün istifadə edilən adi növ vizalar artıq yenisi ilə əvəzlənəcək.
Ərzaq təhlükəsizliyi dövlətin prioritet vəzifəsi olmalıdır
Azərbaycanda bu sahədə görülən işlər inkişaf etməkdə olan ölkələr üçün nümunədir Bu gün ərzaq təhlükəsizliyi bəşəriyyəti narahat edən əsas məsələlərdən biridir. Yer kürəsində 822 milyon nəfərdən artıq insanın aclıq çəkdiyini və ya normal qidalana bilmədiyini nəzərə alsaq, ərzaq çatışmazlığının qlobal problem olduğunu görərik. Hazırda dünyada cərəyan edən proseslər bütün ölkələrdə daxili ərzaq bazarının gücləndirilməsinə, qida ehtiyatlarının yaradılmasına, yeyinti məhsullarının hər bir insan üçün əlçatan olmasına, torpaqdan səmərəli istifadəyə və kənd təsərrüfatı istehsalına daha diqqətli və kompleks yanaşma tələb edir.
Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq qalır
Artıq dünəndən etibarən 2018-ci ilin büdcə müzakirələrinə start verilib. Gələn ilin dövlət büdcəsi bir sıra məqamları ilə diqqət çəkir. İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib ki, 2018-ci ilin dövlət büdcəsıni, son illərin geriləmələrindən sonra, gələn il 1,5 faiz iqtisadi artımın gerçəkləşməsi şansının yetərincə olması, islahatlara, məcburi köçkünlərin problemlərinin həllinə və kənd təsərrüfatına əlavə vəsaitin ayrılması baxımından müsbət qiymətləndirmək olar.
Əli Həsənov: “Təhdidlər hamımızı narahat edir"
Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı işə başlayıb.
Vüqar Bayramov: “Azərbaycanda kredit faziləri olduqca yüksəkdir”
“Bankların kredit faizlərinin yüksək olması müzakirə edilən məsələlərdəndir. Baxmayaraq ki, Mərkəzi Bank tərəfindən istehlak kreditləri üzrə 29, real sektor üçün isə 25 faizlə məhdudlaşdırılması ilə bağlı qərara qəbul edib. Amma istehlak kreditləri üçün 29 faizin təklif edilməsi belə kifayət qədər yüksək göstəricidir”.
Rusiyanın tanınmış opera ifaçısı vəfat edib
Rusiyanın məşhur opera müğənnisi Dmitri Xvorostovski vəfat edib. Uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunan müğənni London xəstəxanalarının birində dünyasını dəyişib.
Marsdakı tünd cizgilər su yox, qum axınıdır — Alimlərdən ŞOK İDDİA
Elm adamları Marsın səthindəki tüng cizgilərin su yox, qum axıntısının izi olduğunu açıqlayıb. Arizona və Durham universitetləri, Kosmik Elmlər institunun bir qrup alimi Qırmızı Planetin üzərindəki dar, tünd rəgli axıntı izlərinin NASA tərəfindən əldə edilən görüntülərini izləyib.
İsveçin bu kəndinə köçənlərə 70 min dollar veriləcək
İsveçin Albinen kəndində əhalinin sayı azalır. Kənd sakinləri ay sonunda referendum keçirəcək. Kəndə köçən şəxsə 70 min dollar veriləcək və bu ailənin ən azı 4 nəfərlik olması və 10 il kənddə yaşaması lazımdır. Bu qərar kəndin azalan sakinlərinin sayını artırmaq üçün nəzərdə tutulub.
Ərdoğan: Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər
Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ermənilər üçün BÖYÜK SÜRPRİZ - Lavrov İrəvana özü ilə nə aparıb?
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfərindən sonra İrəvana səfər etdi. Rəsmi məlumatda bu səfərin diplomatik münasibətlərin 25 illiyi ilə bağlı olduğu qeyd olunsa da, ana gündəmin Dağlıq Qarabağ münaqişəsi olduğu məlum idi. Lavrov İrəvanda münaqişə haqda bədbin danışdı və həllə nail olmağın çətinliyini qeyd etdi.
S-400-lərin ilk partiyası Türkiyəyə bu tarixdə catdırılacaq
Rusiyanın S-400 zenit-raket sistemlərinin ilk partiyasının Türkiyəyə çatdırılması 2019-cu ildə həyata keçiriləcək. Bu haqda ölkə telekanallardan birinə Türkiyənin müdafiə naziri Nürəddin Canikli deyib.
Merkuri-1” gəmi-bərəsi dəniz sınağından uğurla çıxıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Merkuri-1” gəmi-bərəsi təmir olunub. Əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda başlayan əsaslı təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə aparılıb.
İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransı keçirilir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 21-23 noyabr tarixlərində Sudanın Xartum şəhərində keçirilən İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında iştirak edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, konfransda İSESKO-nun baş direktorunun təşkilatın son iki il ərzindəki fəaliyyətinə dair hesabatları dinlənildi. Müzakirə zamanı Azərbaycan tərəfinin təklifi ilə qəbul edilmiş “Dünyada İslam irsinin qorunmasına dair Bəyannamə”yə Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində mədəni irsin vəziyyətinin araşdırılması məsələsi daxil edilib.














