Gündəm

Komitə sədri Baş nazirə müraciət etdi

22 Noyabr 2017 14:34

“Təhsil sahəsində sürətli islahat gedir.Təhsillə bağlı görülən işlər illərlə həyata keçirilən prosesdir. Biz bu istiqamətdə həyata keçirilən işləri və ümumilikdə təhsildəki inkişafı görür, dəstəkləyirik”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

22 Noyabr 2017 14:29

“İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var.

Məktəb direktorları ilə görüş keçirilib

22 Noyabr 2017 14:25

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, təlim–tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak ediblər.

Millət vəkili: "Polis müstəntiqlərinin sayı artırılmalıdır"

22 Noyabr 2017 14:23

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib.

Şahin İsmayılov: "Gənclər evləri üçün vəsait artırılmalıdır"

22 Noyabr 2017 14:22

"Büdcədə bölgələrdəki Gənclər evləri üçün vəsait artırılmalıdır. Çünki Gənclər evləri bölgələrdə gənclər siyasətinin həyata keçirilməsində əsas rol oynayır. Növbəti il daha 20 Gənclər Evi də Gənclər və İdman Nazirliyinin balansına veriləcək. Onlara dəstək lazımdır”.

Məzahir Pənahov: "Yəqin ki, iddialı insanlar və partiyalar prezident seçkilərində iştirak edəcəklər"

22 Noyabr 2017 14:18

“Azərbaycan ictimaiyyəti qarşıdan gələn keçirilən prezident seçkilərini səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər partiyalar, kifayət qədər iddialı insanlar var. Yəqin ki, onlar çalışacaqlar ki, prezident seçkilərində iştirak etsinlər”.

Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi

22 Noyabr 2017 14:16

ABŞ-ın Florida ştatındakı Yupiter şəhərində isti, bürkülü avqust günü idi. Yerli idman barında Harrouf ailəsi onlara baş çəkməyə gəlmiş oğulları, 19 yaşlı tələbə Ostin Harroufla nahar edirdilər.

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

22 Noyabr 2017 14:14

Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən 5000 manat mükafat verilir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Dilqəm Tağıyev deyib.

Azərbaycanda bu da oldu: aparıcı canlı yayımda EVLİLİK TƏKLİF ETDİ - VİDEO

22 Noyabr 2017 14:12

Azərbaycan efirində görünməmiş hadisə baş verib.  "Xəzər" telekanalının "Nuş olsun" verilişinin aparıcısı Ağakərim Şamidzadə iş yoldaşı olan Gülnar adlı xanıma öz verilişində evlilik təklifi edib. Evlilik təklifinin ən maraqlı məqamı isə studiyada onunla birlikdə veriliş aparan Gülnara Ağakərimin hazırladığı sürpriz olub.

Rasim Balayev müalicə üçün Türkiyəyə getməyəcək

22 Noyabr 2017 14:07

Xalq artisti, məşhur aktyor Rasim Balayevin Türkiyəyə səfəri təxirə salınıb. Bu barədə Rasim Balayev özü məlumat verib. O qeyd edib ki, müalicə üçün müraciət etdiyi həkim yaxın günlərdə Bakıya gələcək: "Mənə dedilər ki, həmin nevropotoloq iki-üç günə Bakıya gələcək. Əslində belə olmağı yaxşıdır. Yol əziyyətindən azad oldum. Yaşlı, xəstə adamam, yola çıxmaq çətindir. Məni həm də incidən bel və ayaq ağrılarıdır. İsraildə bu xəstəliklər üzrə yaxşı həkim var, o da Bakıya gələcək, onun da qəbuluna yazılacağam".

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 108 nəfər ölüb, 493 nəfər xəsarət alıb

22 Noyabr 2017 14:01

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin 9 ayı ərzində respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya  40% çoxdur. Partlayışlar zamanı 13 nəfər ölüb, 71 nəfər xəsarət alıb. 

AMEA-nın idarə rəisi: "İş yerlərini ali təhsillilər yaratmalıdır, bizim gənclər isə əllərində diplom gedirlər təşkilatların qapısına"

22 Noyabr 2017 14:00

"Plagiat məsələsi ölkəmizdə də aktualdır. İstər ölkə xaricində, istərsə də ölkə daxilində qazanılan mövcud elmi nəticələrə istinad edilmir, həmin elmi nəticələr yeni nəticə kimi təqdim olunur. Bu sahədə etik qaydalar pozulur". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov "Müasir elm - gənclərin baxışı ilə" adlı elmi-praktik konfransda deyib.

Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçiriləcək

22 Noyabr 2017 13:56

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Türkiyədə bahalı oğurluq avtomobillər: Azərbaycandan gətirilənlər də var

22 Noyabr 2017 13:55

Fransa və İspaniyada oğurlanaraq qaçaq yolla Türkiyəyə gətirilən 9 lüks avtomobil Adana şəhərində polisin əlinə keçib. Azərbaycan, Gürcüstan, Bolqarıstan və Almaniyadan qeyri-qanuni yollarla gətirilən avtomobillərin də saxlanıldığı Təhlükəsizlik Xidmətinin həyəti avtomobil qalereyasını xatırladır.

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR

22 Noyabr 2017 13:48

Qızlar, qadınlar xoşbəxt olanda onlar üçün ətrafda olan hər şeyin rəngi dəyişir, dünya gözlərində xoşbəxt görünür. Çəmənlərdə çiçəklərin necə gözəl açmasının, yağışın damlalarında sevgi yağdığının, küləklərin qanadlarında nəğmə çalındığının, bəyaz qarla  göydən xoşbəxtlik yağdığının fərqində olurlar. Xoşbxt qadınlar və qızlar  yeriyəndə ayaqlarının altında yer qaçır, güləndə səslərindəki gülüş kəpənək qanadlarını sındırır, saçları da işıq saçır, gözlərindəki sevgidən isə kainatın özü də sevinir. Belə sevgilərə isə qızlara, qadınlara, yalnız sevdikləri YARI və qeyrətli kişilər verə bilirlər.