Məktəb direktorları ilə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, təlim–tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak ediblər.
22 Noyabr 2017 14:25 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak ediblər. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşdə məktəb idarəetməsi, tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı, IX sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və digər məsələlər müzakirə olunub.Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva təhsil sahəsində aparılan islahatlardan, qarşıda duran vəzifələrin icrası istiqamətində görülən işlərdən, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Həmçinin, M.Vəliyeva çıxışı zamanı noyabrın 25-də IX sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək monitorinq barədə geniş məlumat verib.