Gündəm
Amerikaya məxsus təyyarə qəzaya uğradı
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gələcək
Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycan Respublikasına səfərə gələcək.
Asif Kəngərlinin kitabları təqdim edildi
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimat mərasimi keçirilib. Narkomanlığa qarşı mübarizəyə dair işlərin görülməsi, əhalinin və xüsusilə gənclərin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə yazıçının "Tütünçəkmə barədə hər şey", "Alkoqol-sağlam həyat tərzinin düşməni" və "Narkotik-maddə ailəvi qırğın silahı" adlı kitablarının təqdimatı baş tutub.
Ərdoğan: “Suriyada 7 ildir törədilən vəhşiliyə laqeydlik Qərbin iç üzünü açıb göstərdi”
“Suriyada 7 ildir törədilən vəhşiliyə laqeydlik, qaçqınların keçid məntəqələrində gözlədilməsi, insanlıqdan kənar hadisələr Qərbin iç üzünü açıb göstərdi”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin noyabrın 22-də İstanbulda keçirilən 33-cü toplantısında bildirib.
Qadının qadın “aşk”ı - Nigar Adil yazır...
Son günlər sosial şəbəkədə qadınların bir-birlərinə müraciətləri adamı lap çaşdırır. Məsələn, dünən facebookda bir qadın öz şəkilini paylaşıb. Bu tip paylaşımlarda adətən, bəylər daha çox aktivlik göstərirlər. Amma görünən odur ki, bizim qadınlar burada da bəyləri geridə qoymağa çalışırlar.
Çağla Şikel və Alişan yenidən bir arada
Məşhur türkiyəli müğənni Alişan və maniken Çağla Şikel növbəti dəfə birgə kamera önünə keçiblər. Olaylar.az bildirir ki, yaxın günlərdə Türkiyənin məşhur ulduzlarının yer aldığı “Dostlar mahallesi” serialı KanalD – də yayımlanacaq.
Millət vəkili: “Səhiyyə xərclərini sabit saxlasaq problemlər yaranacaq”
“Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Səhiyyə xərclərinin az olması, həkimlərin maaşlarının aşağı olması xəstəxanaların, klinikaların effektiv işləməsinə maneçilik törədir”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Əhliman Əmiraslanov parlamentdə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, gələn il üçün səhiyyə xərcləri bu ildəkindən də azdır: “Heç olmazsa əhalinin artımını nəzərə alaraq ilbəil səhiyyə xərclərini artırmaq lazımdır. Biz bunu sabit saxlasaq səhiyyə sahəsində problemlər yaranacaq”.
"Google" casusluqda ittiham olunur
"Quartz" nəşri "Android" əməliyyat sistemində casusluq funksiyasını aşkar edib. "Android" əməliyyat sistemi istifadəçilərin yerləşməsi barədə informasiyanı toplayır. Casusluq "Cell ID" texnologiyasının köməyi ilə həyata keçirilir. Məlum olub ki, hətta mobil cihazda GPS funksiyası işə salınmadan və SIM kart qoşulmadan istifadəçinin harada olması barədə məlumat "Google"a ötürülür. Məlumatlar mobil rabitə qurğuları vasitəsilə dəqiqliklə əldə olunur. "Quartz" bildirir ki, "Google" bu funksiyanı cari ilin əvvəlində işə salıb. Ekspertlər isə iddia edir ki, "Google" bu funksiyanı işə salmaqda məqsədi reklam sahəsində effektivliyi artırmaq olub.
Tbilisidə bir terrorçu saxlanılıb
Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı bir nəfər saxlanılıb.
4 yaşında təcavüzə uğrayan qadının dedikləri dəhşətə gətirir
Hazırda 67 yaşı olan George Donald adlı kişi qızı Cordelie Donalda qarşı əxlaqsız hərəkətlər edib. O, qızı iki yaşında olarkən ona təcavüz edib. Kişi uşağın 10 yaşı olana qədər onu zorlayıb.
Hazar “Qarabağ”la oyunda het-trik etsə...
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Çelsi"də bütün diqqətlər Eden Azarın üzərində olacaq. Belçikalı futbolçu bu gün növbəti dəfə fərqlənməyə çalışacaq.
ABŞ təyyarəsi qəzaya düşdü - 11 nəfərdən xəbər yoxdu
ABŞ donanmasına məxsus təyyarə Sakit Okeana düşüb. İçərisində 11 nəfər ekipaj üzvü olan təyyarənin Ronald Reyqan təyyarə daşıyan gəmisinə doğru gedən istiqamətdə qəzaya uğradığı bildirilib.
Politoloq: “Lavrovun bəyanatları yaxşı heç nə vəd etmir”
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərində əsas məqsəd "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlıdır”. Bunu politoloq Zaur Məmmədov deyib.
Siyasi şərhçi: “Bako Saakyanın Fransaya səfəri yolverilməzdir”
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri yolverilməzdir”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Azər Həsrət: “Moskva münaqişəni çox qısa zamanda həll edə bilər”
“Əlbəttə ki, biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi rolu başa düşürük. Bütövlükdə bizim regionda Rusiyanın təsir imkanları digər ölkələr və təşkilatlardan daha yüksəkdir. Xüsusilə də Ermənistanın Rusiyanın "forpost"u olmasını nəzərə alsaq, əslində Moskva bu münaqişəni çox qısa bir müddətdə həll edə bilər. Yəni Azərbaycanla bağlı heç bir problem yoxdur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.














