Gündəm
Böyük Qafqazda tektonik gərginlik maksimal qiymətə çatıb - İNSİTUT
Azərbaycanın bir sıra bölgələrində tektonik hərəkətlərin kinematik parametrləri öyrənilib. Bununla bağlı AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) “Böyük Qafqazın Cənub-Şərq hissəsi və onun ətraf regionlarında tektonik hərəkətlərin kinematik parametrləri (yeni paleomaqnit məlumatlar əsasında)” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarında məlumat verilib.
Rusiya tankları Ukrayna sərhədini keçdi - Ukrayna MÜHARİBƏYƏ HAZIRDIR
Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin fövqəladə iclasını keçirib. İclasda fərqləndirici nişanları olmayan silahlılar qrupunun Luqanskın mərkəzini bloklaması müzakirə edilib. Luqanskdakı vəziyyətlə bağlı güc idarələrinin rəhbərlərinin məruzələrini dinləyən dövlət başçısı ATƏT-in sülh missiyasını aktivləşməyə çağırıb.
Balidə 30 min nəfər evini tərk edib - Vulkan aktivləşir
İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar təqribən 30 min insan öz evini tərk edib. Məlumata görə, İndoneziyanın Vulkanik aktivliyin araşdırılması üzrə Mərkəzi yerli sakinləri və turistləri sakitliyə riayət etməyə çağırıb. Mərkəz hələ təhlükənin səviyyəsini qaldırmaq niyyətində deyil. Vulkan ötən gün aktivləşməyə başlayıb, təxminən 700 metr hündürlüyə kül püskürür.
Britaniya səfirindən "Qarabağ" və "Çelsi"yə dəstək
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından əvvəl hər iki kluba dəstək verib.
Müəllimlər üçün yeni xidmət təşkil olunur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə. mentor xidmətinin təşkilində əsas məqsəd məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdən ibarətdir.
Deputat: “Qiymət qalxdısa, enməsi problemdir”
“Azərbaycanda qiymət qalxdısa, enməsi problemdir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Yevda Abramov deyib.
Deputat şəhid ailələrinə ayrılan vəsaitin artırılmasını təklif edib
“Azərbaycanda yüngül sənaye sahələrinin yaradılmasına ehtiyac var. Yüngül sənaye sahələrinin yaradılması yeni iş yerlərinin açılmasına, sosial problemlərin həllinə, xarici bazarlara çıxmağa gətirib çıxarda bilər”.
Özündən 40 yaş böyük ərini öldürüb, kanalizasiyaya atdı - VİDEO
Taylandın Udon şəhərində 22 yaşlı Nittaya Saenqdeuan 62 yaşlı əri Amnuay Vensilanın paltarlarını yuyarkən cibini boşaldanda prezervativ tapıb. Dəliyə dönən gənc qadın mübahisə etdiyi ərini bıçaqlamağa başlayıb.
Temperatur enir: Paytaxtda yağış, dağlıq rayonlarda qar
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir.
Rusiyada elə qar yağdı ki, 5 min nəfər işıqsız qaldı
Rusiyanın şimal-şərqində güclü qar yağıb. Məlumata görə, Lipetck şəhərində güclü qar yağması nəticəsində 5 minə yaxın sakin işıqsız qalıb.
Vidadi Zeynalov və Beytulla Hüseynovun üzərindən həbs götürülən əmlaklarının siyahısı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan iki mənzil, qohumu Bəxtiyar Nuriyevi adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus bir mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan üç mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus bir mənzil və bir qeyri yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha bir neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsus mənzil, arvadına məxsus qeyri yaşayış sahəsi, qardaşı Ramizin adına olan torpaq sahəsi, arvadına məxsus bir mənzil, sürücüsü Aydın adlı şəxsə məxsus bir bağ evi, arvadına məxsus Neftçala rayonunda olan torpaq sahəsi, qardaşı Ramizin adına olan Şamaxıda yerləşən ev və digər bir neçə əmlakı üzərindən həbs götürülüb.
ABŞ sözçüsü Türkiyə prezidentinin ittihamına cavab verdi
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert (Heather Nauert) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "17-25 dekabr tələsini aparıb Amerikada qurdular" sözlərinə münasibət bildirib.
Ronaldu rekordunu yenilədi
İspaniyanın "Real" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu Çempionlar Liqasının APOEL-ə qarşı keçirilən oyununda dubl edib. 32 yaşlı hücumçu bununla da, bir təqvim ilində turnirdə 18 qol vurmaqla öz rekordunu yeniləyib. Görüş "Kral klubu"nun 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Ukraynada Türkiyə vətəndaşını öldürüb, yandıran azərbaycanlı tutuldu
Ukraynanın Odessa şəhərində nadir rast gəlinən hadisə baş verib. Ukrayna prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində Türkiyə vətəndaşı satanistlər (şeytana sitayiş edənlər) tərəfindən öldürülüb. Cinayəti iki Türkiyə, bir İtaliya və bir Azərbaycan vətəndaşı törədib.
Məlahət İbrahimqızı NATO-nun tədbirində iştirak edəcək
Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq alt komitəsinin birgə keçirdiyi seminarda iştirak etmək üçün noyabrın 22-dən 26-dək İtaliyada səfərdə olacaq.














