Britaniya səfirindən "Qarabağ" və "Çelsi"yə dəstək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından əvvəl hər iki kluba dəstək verib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından əvvəl hər iki kluba dəstək verib. Xanım diplomat səfirliyin "Twitter" səhifəsində üzərində "Qarabağ" və "Çelsi" yazılmış şərflə foto paylaşıb. Onun adından azərbaycanca "Niyə də yox?!" sözləri də yazılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31