Gündəm

Deputatlarımız AŞ PA-nın tədbirinə qatılacaqlar

22 Noyabr 2017 12:25

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcəklər.

Berti Foqts "Borussiya"nın zəif nöqtəsini tapıb

22 Noyabr 2017 12:20

Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts Dortmund "Borussiya"sının çıxışı barədə danışıb.  Foqts uğursuz çıxışın baş məşqçi ilə bağlı olmadığını deyib. O, zəif oyuna görə, mərkəz müdafiəçilərini günahlandırıb: "Borussiya"nın olduqca zəif müdafiəsi var. Əsasən də, mərkəz müdafiəçiləri. Bu müdafiəçilər Bundesliqanın əksər klublarında əsas heyətə düşə bilməzlər.

Ərdoğandan Putun və Ruhani qarşısında ÜÇ ŞƏRT

22 Noyabr 2017 12:13

Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün qurulan Astana formatının memarları olan Rusiya, Türkiyə və İran prezidentləri Soçidə görüşəcək.

Düşərgədə yer olmadı, qaçqınları həbsxanaya yerləşdirdilər - İspaniyada ŞOK OLAY

22 Noyabr 2017 12:11

İspaniyada təxminən 500 qaçqın düşərgələrdə yer olmadığına görə həbsxanalara yerləşdirilib. Bu barədə “France24” saytı məlumat yayıb. Məlumata görə, İspaniya Daxili İşlər Nazirliyi Əlcəzairdən gələn qaçqınların yarısının cənub-şərqi İspaniya bölgəsi olan Mursiyaya, digər yarısını isə Arçidona şəhərindəki həbsxanalara yerləşdirib.

Kremlin ideoloqu Qarabağa gəlir - İrəvanda Türkiyə xofu

22 Noyabr 2017 12:01

Aleksandr Proxanov: “Ermənistanda qorxu var ki...”; Sergey Lavrovun Bakı və İrəvan səfərlərində ermənilərə verdiyi əsas mesaj; konflikt ətrafında vəziyyət yeni aprel müharibəsinə aparacaq, əgər...

Milli Şuranın sədri ordenlə təltif olunub

22 Noyabr 2017 11:59

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov "XIX Ümumdünya Tələbə və Gənclər Festivalının hazırlanması və təşkilində fəal iştiraka görə" ordeni ilə təltif olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, XIX Ümumdünya Tələbə və Gənclər Festivalı 185 ölkədən 30.000 gəncin iştirakı ilə 14-22 oktyabr tarixlərində baş tutub.

Məktəblilərin Dövlət Muzeyinə ekskursiyası təşkil edilib

22 Noyabr 2017 11:58

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə ərazisində yerləşən 99, 143, 115, 30 saylı məktəblərin şagirdləri iştirak edib.

Kommersiya bankları nəzarətə alınmalıdır

22 Noyabr 2017 11:55

“Problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir”. “Olaylar” xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsininüzvü Əli Məsimlinin sözlərinə görə, hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər hətfə, hər ay özünün də bu problemi həll etmək şansını  itirməkdədir: “Amma maliyyə-bank sistemini iflic vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir”.

“Nurgün-Motors”dan avtomobil almayın! ALDADILACAQSINIZ!- ŞOK FAKTLAR

22 Noyabr 2017 11:56

Azərbaycanda “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan “Nurgun Motors” şirkətindən narazılıqlar günü-gündən artır. Bir çox hallarda köhnə avtomobillərin yeni adıyla satılması, kredit və lizinq faizlərinin hədsiz yüksək olması, alıcıya məcburi “Rəvan sığorta”nın sırınması, servis qiymətlərinin dəfələrlə baha olması və sair amillər nəticəsində bu şirkətin bazardakı imicini tamamilə məhv edib.

Müsabiqənin nəticələri açıqlandı – Qaliblər Türkiyəyə gedəcək

22 Noyabr 2017 11:52

AMEA Mərkəzi Elmi Kitabxanası işin keyfiyyətini yüksəltmək, kitabxana işini müasir tələblər səviyyəsində qurmaq və əməkdaşları stimullaşdırmaq məqsədi ilə bölmələr arasında “Hesabat Müsabiqəsi” keçirib. Olaylar.az bildirir ki, MEK şöbələrinin tərkibində fəaliyyət göstərən bölmələrin əməkdaşları 2017-ci il ərzində gördükləri işləri videoçarxlarla, slaydlarla təqdim ediblər. Təqdimatında fəaliyyətini dolğun əks etdirən və ən uğurlu təqdimat formatı seçən bölmələr mükafatlandırılıblar. MEK rəhbərliyi və struktur bölmələrin rəhbərlərindən təşkil olunmuş münsiflər heyəti təqdimatları 10 ballıq sistem üzrə qiymətləndirib.

Rüstəm Behrudinin imza günü təşkil olunacaq

22 Noyabr 2017 11:49

Noyabrın 25 – də Kitabevim.az mağazalar şəbəkəsinin mərkəz filialında Tanınmış Azərbaycan şairi Rüstəm Behrudinin “XAN” nəşriyyatının “Çağdaş Ədəbiyyat” seriyasında yeni nəşr olunmuş “Şaman duasından dar ağacına” adlı şeirlər kitabının təqdimat və imza günü keçiriləcək. Olaylar.az bildirir ki, kitabdakı şeirlər “Qurd başlı tuğlar bizim”, “Çıxıb getməyə qurulub onsuz da bütün saatlar”, “Məzarlıqda bitən yovşan” və “Mən dəli, havalar dəli” sərlövhələrində birləşdirilib. Kitabın redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, rəssamı Pəri Miniatürdür.

Bakıda yaşayış binasında yanğın baş verib

22 Noyabr 2017 11:46

Paytaxt Bakıda beşmərtəbəli binada yanğın qeydə alınıb. “Olaylar” xəbər verir ki, Bakı şəhərinin, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin eyvanının yanar konstruksiyaları və əşiyaları 4 m2 sahədə yanıb, yüksək temperaturdan otağın pəncərə çərçivəsi əriyib. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gömrük rüsumlarına yenidən baxılacaq

22 Noyabr 2017 11:44

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ni təsdiq edib.

Rəqabət Məcəlləsi niyə qəbul edilmir?

22 Noyabr 2017 11:43

“Əgər Azərbaycanda monopoliya yoxdursa, o zaman niyə Rəqabət Məcəlləsi qəbul edilmir?” “Olaylar” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov parlamentdə büdcə müzakirələri zamanı deyib.