Məktəblilərin Dövlət Muzeyinə ekskursiyası təşkil edilib

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, ekskursiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə ərazisində yerləşən 99, 143, 115, 30 saylı məktəblərin şagirdləri iştirak edib.

M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə, ekskursiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə ərazisində yerləşən 99, 143, 115, 30 saylı məktəblərin şagirdləri iştirak edib. Ekskursiya zamanı muzey bələdçisi muzey haqqında ətraflı məlumat verərək bildirib ki,  Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi - 1967-ci ildә yaradılıb. Muzeyin fondunda 35 minә yaxin eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, elәcә dә ozunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları, Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbəyovun, milli professional vokal sәnәtinin banisi Bülbülün, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muәllif not әlyazmaları, musiqi xadimlәrinin şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri incәsәnәt nümunәlәri, notlar, kitablar vә s. materialları gostәrmәk olar. Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir.  Muzeylə tanışlıq şagirdlərdə maraq yaradıb, onların sualları bələdçi tərəfindən cavablandırılıb və sonda xatirə fotosu çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31