Milli Şuranın sədri ordenlə təltif olunub
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov "XIX Ümumdünya Tələbə və Gənclər Festivalının hazırlanması və təşkilində fəal iştiraka görə" ordeni ilə təltif olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, XIX Ümumdünya Tələbə və Gənclər Festivalı 185 ölkədən 30.000 gəncin iştirakı ilə 14-22 oktyabr tarixlərində baş tutub.
22 Noyabr 2017 11:59 SosialGənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov "XIX Ümumdünya Tələbə və Gənclər Festivalının hazırlanması və təşkilində fəal iştiraka görə" ordeni ilə təltif olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, XIX Ümumdünya Tələbə və Gənclər Festivalı 185 ölkədən 30.000 gəncin iştirakı ilə 14-22 oktyabr tarixlərində baş tutub. Festivalın məqsədi gənclər arasında beynəlxalq əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, gənc nəslin aktual problemləri və qlobal çağırışlar barədə geniş müzakirələr aparmaq, ümumi baxışları formalaşdırmaqdır. Təltifetmə Qazaxıstanın Astana şəhərində keçirilən MDB ölkələri Gənclərlə iş üzrə Şurasının növbəti iclasında baş tutub. İclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov iştirak edib.