Məlahət İbrahimqızı NATO-nun tədbirində iştirak edəcək
Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq alt komitəsinin birgə keçirdiyi seminarda iştirak etmək üçün noyabrın 22-dən 26-dək İtaliyada səfərdə olacaq.
22 Noyabr 2017 12:26 SiyasətMilli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq alt komitəsinin birgə keçirdiyi seminarda iştirak etmək üçün noyabrın 22-dən 26-dək İtaliyada səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, ölkənin paytaxtı Romada keçirilən tədbirdə Avropada və Qərbi Balkanlarda terror təhlükələri, beynəlxalq terrorizmə qarşı mübarizə, İtaliyada terrorçuluğa qarşı mübarizə üsulları, Liviyada vəziyyət, bu ölkədə yeni müdafiə sistemlərinin qurulması, İŞİD-ə qarşı mübarizədə İtaliyanın rolu, İraqın gələcəyi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Deputatımız müzakirələrdə fəal iştirak edəcək, öz fikirlərini bildirəcək.