Müəllimlər üçün yeni xidmət təşkil olunur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə. mentor xidmətinin təşkilində əsas məqsəd məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdən ibarətdir.
22 Noyabr 2017 12:50 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün mentor xidməti təşkil edilib. "OLAYLAR"-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə. mentor xidmətinin təşkilində əsas məqsəd məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə metodiki dəstək göstərməkdən ibarətdir. İlk dəfə olaraq paytaxt məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün təşkil olunan mentor xidməti "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Xüsusi hazırlıq keçmiş mentorlar müəllimləri qrup məşğələlərində fərdi şəkildə dinləyir, onlara elmi-metodiki, təcrübi dəstək göstərir, həmçinin, müzakirə və seminarlar təşkil edirlər. Eləcə də, mentorların iştirakı ilə məktəbəhazırlıq qruplarındakı uşaqlar məntiqi və riyazi təfəkkürün daha yüksək səviyyədə formalaşmasına dair tapşırıqlar yerinə yetirir, fiziki cəhətdən inkişafa xidmət edən oyunlar həyata keçirirlər. Cari ilin oktyabrından start verilən prosesin dekabrda yekunlaşdırılması nəzərdə tutulur.