Millət vəkili: "Polis müstəntiqlərinin sayı artırılmalıdır"

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə Azərbaycanda polis müstəntiqlərinin sayının artırılmasını təklif edib. "Olaylar" xəbər verir ki, Ç. Qənizadə bildirib ki, ölkənin iri şəhərlərində polis orqanlarında müstəntiqlərinin sayı azdır: "Araşdırmalar nəticəsində bəlli olub ki, xüsusən də Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə hər bir polis müstəntiqinə 20-25 iş düşür ki, bu da normadan xeyli çoxdur. İşlərin sayının çoxluğu müstəntiqin keyfiyyətli istintaq araşdırmasına imkan vermir. Problemi aradan qaldırmaq üçün müstəntiqlərin sayını artırmaq lazımdır. Yaxşı olar ki, ən azı iri şəhərlərdə polis idarələrin əlavə 3-4 polis müstəntiqi ştatı ayrılsın. Bunun üçün büdcədən əlavə vəsaitin ayrılmasına ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31