Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçiriləcək
Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
22 Noyabr 2017 13:56 SiyasətAzərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
"İnterfaks" xəbər verir ki, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.
Qeyd edək ki, "Şərq tərəfdaşlığı" sammiti noyabrın 24-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31