İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransı keçirilir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 21-23 noyabr tarixlərində Sudanın Xartum şəhərində keçirilən İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında iştirak edir. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, konfransda İSESKO-nun baş direktorunun təşkilatın son iki il ərzindəki fəaliyyətinə dair hesabatları dinlənildi. Müzakirə zamanı Azərbaycan tərəfinin təklifi ilə qəbul edilmiş “Dünyada İslam irsinin qorunmasına dair Bəyannamə”yə Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində mədəni irsin vəziyyətinin araşdırılması məsələsi daxil edilib.
22 Noyabr 2017 14:35 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 21-23 noyabr tarixlərində Sudanın Xartum şəhərində keçirilən İSESKO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında iştirak edir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, konfransda İSESKO-nun baş direktorunun təşkilatın son iki il ərzindəki fəaliyyətinə dair hesabatları dinlənildi. Müzakirə zamanı Azərbaycan tərəfinin təklifi ilə qəbul edilmiş "Dünyada İslam irsinin qorunmasına dair Bəyannamə"yə Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsində mədəni irsin vəziyyətinin araşdırılması məsələsi daxil edilib.
Nazir Əbülfəs Qarayev çıxış edərək son iki ildə ölkəmizin uğurları, İslam dünyası ilə əməkdaşlığı, cənab Prezident tərəfindən elan edilmiş "İslam həmrəyliyi ili" çərçivəsində təşkil olunan tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Şəkinin YUNESKO tərəfindən Yaradıcı Şəhər elan olunmasının əhəmiyyəti, 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edilməsi barədə məlumat verib. Nazir müsəlman ölkələrini Dünya EXPO 2025 sərgisinə namizəd olan İSESKO və İslam Əməkdaşlıq Təşkilatının üzvü yeganə ölkənin - Azərbaycanın paytaxt şəhəri Bakının namizədliyini dəstəkləməyə çağırıb. Əbülfəs Qarayev tədbir çərçivəsində İSESKO-nun baş direktoru, Türkiyə, Bəhreyn, Sudan, Banqladeş, İraq və digər ölkələrdən olan həmkarları ilə görüşərək qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib