“Ermənilərin dilini hamıdan yaxşı bilən Azərbaycan hərbisidir”
“Ermənistan mətbuatının Azərbaycanın hərbi müqavilələrində yaranmış çətinliklərlə bağlı yazdıqları yalnız blefdir”. Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, son illərdə ermənilər yalnız bir dəfə Rusiya ilə Azərbaycan arasında imzalanmış müqavilənin mətninə dəyişiklik etdirə biliblər: “Nəticədə Ermənistanın hərbi sənaye kompleksindəki ən böyük adamı A. Fomin vəzifədən kənarlaşdırıldı. İsraillə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədədir. İsrailin fikrincə Ermənistan ciddi, müstəqil dövlət deyil, plastilin dövlətdir. Onu istənilən formaya salmaq olar. Ona görə İsrail Ermənistana anti-İran forma vermək istəyir. Xaricdə yaşayan ermənilər İranın ərazisində böyük casus şəbəkəsi yarada biliblər. Milliyətcə erməni olan bir neçə Amerika vətəndaşının İran-Ermənistan sərhədində saxlanılması barədə məlumatlar yayılmışdı. Yəqin ki, İranın içərisində olan casusların sayı daha çoxdur”.
22 Noyabr 2017 15:40 Siyasət"Ermənistan mətbuatının Azərbaycanın hərbi müqavilələrində yaranmış çətinliklərlə bağlı yazdıqları yalnız blefdir". Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, son illərdə ermənilər yalnız bir dəfə Rusiya ilə Azərbaycan arasında imzalanmış müqavilənin mətninə dəyişiklik etdirə biliblər: "Nəticədə Ermənistanın hərbi sənaye kompleksindəki ən böyük adamı A. Fomin vəzifədən kənarlaşdırıldı. İsraillə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədədir. İsrailin fikrincə Ermənistan ciddi, müstəqil dövlət deyil, plastilin dövlətdir. Onu istənilən formaya salmaq olar. Ona görə İsrail Ermənistana anti-İran forma vermək istəyir. Xaricdə yaşayan ermənilər İranın ərazisində böyük casus şəbəkəsi yarada biliblər. Milliyətcə erməni olan bir neçə Amerika vətəndaşının İran-Ermənistan sərhədində saxlanılması barədə məlumatlar yayılmışdı. Yəqin ki, İranın içərisində olan casusların sayı daha çoxdur".
Politoloq qeyd edib ki, İsrail Azərbaycanla əlaqələrini kəsə bilməz: "Çünki bu konkret pul deməkdir. İsrailin daxilində pula ehtiyac artıb. Ermənistan tam anti-İran forma aldıqdan sonra nəzəri cəhətdən İsrailin Azərbaycanla əlaqələri zəiflətməsi mümkündür. Başqa variant ağıla gəlmir".
M. Əhmədoğlu vurğulayıb ki, ermənilərin dilini hamıdan yaxşı bilən Azərbaycan hərbisidir: "Həmsədrlər və beynəlxalq təşkilatlar ermənilərlə dil tapa bilməyəcəksə, Azərbaycan ordusu ermənilərin dilini açacaqdır". Azadinform.az