Gündəm
Azərbaycan və Əfqanıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub
Bu gün prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. Əfqanıstan prezidentini prezident İlham Əliyev qarşılayıb.
İki gün öncə intihar edən general ölməsəydi, azadlığa çıxacaqdı - VİDEO
Məhkəmə zalında zəhər içib özünü öldürən general barədə ilginc gerçək ortaya çıxıb. Beynəlxalq məhkəmədə 20 il azadlıqdan məhrum edildiyini öyrənincə zəhər içərək intihar edən keçmiş xorvatiyalı general Praljak ölməsəydi, cəzasının 3-də 1-ini çəkdiyi səbəbi ilə sərbəst buraxılacaqmış.
İraqdakı kürd muxtariyyətinin rəhbəri Türkiyədə
İraqın şimalındakı kürd muxtariyyəti hökumətinin başçısı Neçrivan Barzani Türkiyəyə səfər edib. O, Türkiyə üzərindən xaricə gedəcək.
İranda qadın idmançıların kişi məşqçisini hicablayıblar
Azadlıq Radiosunun müxbiri Frud Bejan yazır ki, İranda bəzi qadınlar idman yarışlarına tamaşa etmək üçün stadionlara kişi qiyafəsində gəlirlər. Amma Taylandın qadın kabaddi komandasının kişi məşqçisinin başına bunun tamamilə əksi gəlib. O Noyabrın 26-da İranın Horqan şəhərində keçirilən Asiya Kabaddi Çempionatının matçında yetişdirmələrinin oyununa tamaşa etmək üçün baş örtüyü geyinməli olub.
'MTN-çilər başqalarına neyləmişdilərsə, onlarla da elə davrandılar'
Bununla da MTN işi üzrə dördüncü məhkəmə prosesi də yekunlaşdı. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və üç işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha üç MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi isə davam edir. Bu yaxınlarda həbs olunan daha bir sabiq MTN-çi – Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovisə istintaq altındadır.
Telman İsmayılovun gizli mülkləri tapıldı: evlər, mənzillər, torpaq sahələri
Rusiyanın “İzvestiya” qəzetinin əməkdaşları hazırda beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı araşdırma aparıblar. Məlumata görə, sən demə qara günlərinin başlayacağını hiss edən İsmayılov bir neçə mənzilini, şirkətini və ona məxsus iri torpaq sahələrin yaxın qohumlarının adına keçiribmiş.
Braziliya həbsxanalarında işgəncələr - VİDEO
Deputat: “Sənəddə həllini tapmayan məsələlər çoxdur”
“Tütünlə bağlı məhdudlaşdırıcı qanun layihəsinin qəbulunun tərəfdarıyam. Amma burada həllini tapmayan məsələlər çoxdur. Qanunda hansı formada açıq və qapalı yerlərdə tütün məmulatlarından istifadə olunacağı müəyyənləşməyib”. “OLaylar”ın görə, görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov qanun layihəsinin müzakirəsi zamanı etdiyi çıxışında deyib.
Milli Məclis bir neçə ölkə ilə imzalanmış sənədləri ratifikasiya edib
Azərbaycanla bir neçə ölkə arasında imzalanmış sənədlər Milli Məclisdə ratifikasiya olunub.
Bakı Məktəb Lisey Kompleksinin direktoru işdən çıxarılıb, yenisi təyin olunub
Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktoru dəyişib. Məlumata görə, təhsil kompleksinin direktoru Qafar Hüseynov işdən azad olunub, onun yerinə Fuad Babayev təyin edilib. F. Babayev buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub.
Milli Məclis siqaretdən istifadəni məhdudlaşdıran qanunu qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşunda müzakirəyə çıxarılıb. Məlumata görə, layihə barədə Əmək və sosial siaysət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Ramiz Əzizbəyli: "Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq"
“Bir aydan çoxdur Türkiyədən Bakıya qayıtmışam, hələ də müalicə alıram. Əlimin-ayağımın tam açılmağı üçün vaxt lazımdır”. Bunu xalq artisti Ramiz Əzizbəyli deyib: "Noyabrın 27-dən Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında müalicə alıram. Həkimlər ümid verirlər ki, hər şey yaxşı olacaq.
Ekspert: “Ərdoğan ortaya çıxan “kozır”lardan istifadə edəcək”
“ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasi fəaliyyətindən qorxuya düşüb”. Bunu təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov “Sputnik” agentliyinə deyib. Mixaylovun sözlərinə görə, Türkiyə prezidenti əla anlayır ki, ABŞ Ankara ilə maraqların toqquşduğu həm NATO bloku, həm də bütün digər məsələlər üzrə etibarsız müttəfiqdir. “Türkiyə və ABŞ-ın maraqları tez-tez bir-birinə əks gəlir”, - o vurğulayıb.
Hadi Rəcəbli: “Azərbaycanda kişilərin yarısı siqaret çəkir”
“Azərbaycanda yaşları 20-44 arasında olan kişilərin 30 faizi, 45-64 yaşda olanların isə 51 faizi siqaret çəkir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.














