Gündəm
AFFA iki futbolçuya ömürlük cəza verib
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az xəbər verir ki, toplantıda sərt qərar verilib. Belə ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.
Azərbaycanlı alimin “kəşfi” Rusiya və Ukraynanı güldürdü: “Yer kürəsi 6 ay fırlanmır?”
MEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənovun sosial şəbəkələrdə Yerin fırlanmasını şübhə altına alan mövqeyi Ukraynaya gedib çıxıb və sosial şəbəkə ünvanlarında istehzaya səbəb olub. Əkrəm Həsənov öz fikirlərini 2015-ci ilin fevralında açıqlasa da, onun mövqeyi Ukrayna mətbuatına bir neçə gün əvvəl gedib çıxıb.
Yeni İldə ƏFV OLACAQ? - AÇIQLAMA
Hər il olduğu kimi bu ilin sonunda da Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması gözlənilir. Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına məhkumlardan və ailələrindən çoxsaylı müaricətlər daxil olub:
İnternetdə informasiyanın yayılmasına dair tələbləri pozanlar cəzalarandırılacaq
Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzaların müəyyənləşdirilməsi məsələsi müzakirəyə çıxarılıb.“Olaylar”ın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsinin əlavə edilməsi təklif olunur.
Şad xəbər: hökumət faiz borclarını ödəyəcək – Fərman
Hökumət kredit götürənlərə dəstək olmaq məqsədilə büdcədən vəsait ayıracaq. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Prezident İlham Əliyevin “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” ilə bağlı fərmanını şərh edərkən söyləyib.
Fazil Mustafa “Təhminə və Zaur”dan danışdı
Milli Məclisin plenar iclasında “Tütün məmulatlarının istifadəsini məhdudlaşdırılması” barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruvoz açıq yerlərdə tütün məlumatlardan istifadə məsələsinə aydınlıq gətirilməsini istəyib.
Avropada 160 min İİV-ə yeni yoluxma faktı qeydə alınıb
“Xəstələrin, xüsusilə də yüksək yoluxma riski daşıyan şəxslərin vaxtında müayinə olunmaması müalicənin gecikməsinə və İİV-in sürətlə yayılmasına səbəb olur”. “OLAYLAR”-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən bildirilib ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi üzrə direktoru Dr. Suzanna Yakab qeyd edib. O, bildirib ki, “İİV epidemiyası Avropa regionunda, əsasən də regionun şərq hissəsində çox sürətlə yayılmağa davam edir. 160 000 yeni yoluxma faktının təxminən 80%-i də məhz regionun şərq hissəsində qeydə alınıb. Bu, bir il ərzində müşahidə olunan yeni yoluxma faktları arasında ən yüksək göstəricidir. Vəziyyət bu cür davam etsə biz 2030-cu ilə qədər İİV epidemiyasının tamamilə aradan qaldırılmasını nəzərdə tutan davamlı inkişaf məqsədinə nail ola bilməyəcəyik”.
Tələbə yataxanasında silahlı qarşıdurma
Pakistanın Peşaver şəhərində yerləşən Kənd Təsərrüfatı Universitetinin tələbə yataxanasında silahlı qarşıdurma olub. Olaylar.az bildirir ki, hadisə zamanı 11 tələbə həlak olub, 37 nəfər ağır yaralanıb.
Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Qarabağ geyimlərinin dəb sərgisi keçirilib
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Qarabağ geyimlərinin dəb sərgisi keçirilib.
Oqtay Əsədov bəzi deputatlara xəbərdarlıq edib: "Telefonda qurdalanmağı yığışdırın!"
Milli Məclisin iclasında sədr Oqtay Əsədov bəzi deputatlara intizamsızlıqla əlaqədar xəbərdarlıq edib. “Olaylar”ın məlumatına görə, gündəlikdəki məsələnin müzakirəsi zamanı O. Əsədov deputatların iclasların gedişində öz telefonları ilə məşğul olduğunu, hətta zənglər etdiyini bildirərərk bu hərəkətlərə son qoymağa çağırıb: “Dəfələrlə istəmişəm bunu deyəm, amma özümü saxlamışam.
Bəzi səfirlik əməkdaşları gəlir vergisindən azad ediləcək
Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir. “Olaylar” xəbər verir ki, məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
NBC kanalının məşhur aparıcısına qarşı təcavüz iddiası
Amerikanın məşhur NBC telekanalınd yayımlanmış “The Today Show” proqramının aparıcısı Mart Lauerin adı təcavüz qalmaqalında hallanır. Olaylar.az bildirir ki, aparıcının 3 qadına cinsi əlaqələr təklif etdiyi iddia edilir. 59 yaşlı Lauder iddialar qarşısında susqunluğunu pozmur.
İŞİD 62 nəfərin həbsinə səbəb oldu
İstanbul Terrorla Mübarizə İdarəsi İŞİD terror qruplaşmasına qarşı əməliyyat həyata keçirib. Olaylar.az bildirir ki, İstanbulun 8 rayonunda və 12 ayrı –ayrı ünvanlarda həyata keçirilən əməliyyat zamanı 62 nəfər saxlanılıb.
Rusiya Şimali Qafqazda raketdən müdafiə sistemini gücləndirdi
Rusiyanın Şimali Qafqazdakı Cənub Hərbi Dairəsi hava hücumundan müdafiə sisteminin tərkibinə yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri əlavə edilib. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.
Türkiyədə azərbaycanlı həkimi ölümdən qaytardılar
Azərbaycanlı uşaq həkimi Turan Əliyevanı türk həkimlər ölümdən qaytarıblar. Bakıda mədə kiçiltmə əməliyyatı keçirən 36 yaşlı T. Əliyevanın sonradan səhhətində ciddi problemləri yaranıb. Həkimlər 90 faiz həyatını itirmə ehtimalı olduğunu bildiriblər. Həyat yoldaşı ambulans təyyarə ilə İstanbula gətirdikdən sonra T. Əliyevanı xilas etmək mümkün olub.














