Fazil Mustafa “Təhminə və Zaur”dan danışdı
Milli Məclisin plenar iclasında “Tütün məmulatlarının istifadəsini məhdudlaşdırılması” barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruvoz açıq yerlərdə tütün məlumatlardan istifadə məsələsinə aydınlıq gətirilməsini istəyib.
1 Dekabr 2017 13:54 SosialMilli Məclisin plenar iclasında "Tütün məmulatlarının istifadəsini məhdudlaşdırılması" barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruvoz açıq yerlərdə tütün məlumatlardan istifadə məsələsinə aydınlıq gətirilməsini istəyib. "Olaylar" xəbər verir ki, o qeyd edib ki, hər açıq deyilən yerdə siqaretin çəkilməsi də düz deyil: "Açıq yer deyiləndə uşaq baxçasının, məktəbin qarşısı da ola bilər". S. Novruzov deyib ki, ölkədə tütünçülüyü inkişaf etdiririk, digər tərəfdən də tütün məmulatlarından istifadəni məhdudlaşdırırıq. Məsələyə reaksiya verən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, sizin dedikləriniz əvvəlki oxunuşlarda deyilib və bu təkliflərin hamısı qanunda əksini tapıb: "Qaldı ki, tütündən istifadənin məhdudlaşdırılması məsələsinə, artıq ölkə başçısı buna cavab verib. Bu məsələ vaxtı ilə Balakəndə qaldırıldı. O zaman ölkə başçısı dedi ki, tütün əsasən ixrac edilmək üçün nəzərdə tutulur".Deputat Fazil Mustafa isə tütünün təbliğ edilməsi məsələsinə diqqət ayrılmasını təklif edib. O xüsusən filmlərin bəzilərində tütünlə bağlı səhnələrin yer aldığını qeyd edib. Deputat qeyd edib ki, "Təhminə" filmində Zaur bir siqaret yandırır, onun arxasınca Təhminə bir siqaret yandırır. F. Mustafa bu kimi məsələlərə diqqət yetirilməli olduğunu vurğulayıb.