Avropada 160 min İİV-ə yeni yoluxma faktı qeydə alınıb
“Xəstələrin, xüsusilə də yüksək yoluxma riski daşıyan şəxslərin vaxtında müayinə olunmaması müalicənin gecikməsinə və İİV-in sürətlə yayılmasına səbəb olur”. “OLAYLAR”-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən bildirilib ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi üzrə direktoru Dr. Suzanna Yakab qeyd edib. O, bildirib ki, “İİV epidemiyası Avropa regionunda, əsasən də regionun şərq hissəsində çox sürətlə yayılmağa davam edir. 160 000 yeni yoluxma faktının təxminən 80%-i də məhz regionun şərq hissəsində qeydə alınıb. Bu, bir il ərzində müşahidə olunan yeni yoluxma faktları arasında ən yüksək göstəricidir. Vəziyyət bu cür davam etsə biz 2030-cu ilə qədər İİV epidemiyasının tamamilə aradan qaldırılmasını nəzərdə tutan davamlı inkişaf məqsədinə nail ola bilməyəcəyik”.
1 Dekabr 2017 13:53 Sosial"Xəstələrin, xüsusilə də yüksək yoluxma riski daşıyan şəxslərin vaxtında müayinə olunmaması müalicənin gecikməsinə və İİV-in sürətlə yayılmasına səbəb olur". "OLAYLAR"-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən bildirilib ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi üzrə direktoru Dr. Suzanna Yakab qeyd edib. O, bildirib ki, "İİV epidemiyası Avropa regionunda, əsasən də regionun şərq hissəsində çox sürətlə yayılmağa davam edir. 160 000 yeni yoluxma faktının təxminən 80%-i də məhz regionun şərq hissəsində qeydə alınıb. Bu, bir il ərzində müşahidə olunan yeni yoluxma faktları arasında ən yüksək göstəricidir. Vəziyyət bu cür davam etsə biz 2030-cu ilə qədər İİV epidemiyasının tamamilə aradan qaldırılmasını nəzərdə tutan davamlı inkişaf məqsədinə nail ola bilməyəcəyik".
Qeyd edək ki, ÜST-ə üzv olan dövlətlərin təşəbbüsü ilə 1988-ci ildən etibarən hər il dekabrın 1-i bütün dünyada ümumdünya QİÇS-lə mübarizə günü kimi qeyd olunur. ÜST və onun Azərbaycanda fəaliyyət göstərən ofisi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Respublika QİÇS-lə Mübarizə Mərkəzinə Ümumdünya QİÇS-lə Mübarizə Günü 2017 və "Avropa İİV-ə testləşmə həftəsinə" həsr olunmuş tədbirlərin keçirilməsində, eləcə də bu sahədə əhalinin maarifləndirilməsi ilə bağlı materialların hazırlanmasında öz dəstəyini göstərir.