Rusiya Şimali Qafqazda raketdən müdafiə sistemini gücləndirdi
Rusiyanın Şimali Qafqazdakı Cənub Hərbi Dairəsi hava hücumundan müdafiə sisteminin tərkibinə yeni “Buk-M3” və “S-300B4” zenit raket sistemləri əlavə edilib. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.
1 Dekabr 2017 13:39 DünyaRusiyanın Şimali Qafqazdakı Cənub Hərbi Dairəsi hava hücumundan müdafiə sisteminin tərkibinə yeni "Buk-M3" və "S-300B4" zenit raket sistemləri əlavə edilib. Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib.
"Cənub Hərbi Dairəsində hava sərhədinin və strateji əhəmiyyətli obyektlərin qorunması üçün ən yeni "Buk-M3" və "S-300B4" zenit raket sistemləri döyüş növbəsinə başlayıb", - deyə Vadim Astafyev vurğulayıb.
Onun sözlərinə görə, yeni komplekslərin yerləşdirilməsi üçün mövqelərin maskalanması təmin edilib. Apa.az