Ekspert: “Ərdoğan ortaya çıxan “kozır”lardan istifadə edəcək”
“ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasi fəaliyyətindən qorxuya düşüb”. Bunu təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov “Sputnik” agentliyinə deyib. Mixaylovun sözlərinə görə, Türkiyə prezidenti əla anlayır ki, ABŞ Ankara ilə maraqların toqquşduğu həm NATO bloku, həm də bütün digər məsələlər üzrə etibarsız müttəfiqdir. “Türkiyə və ABŞ-ın maraqları tez-tez bir-birinə əks gəlir”, - o vurğulayıb.
1 Dekabr 2017 12:53 Dünya"ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasi fəaliyyətindən qorxuya düşüb". Bunu təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov "Sputnik" agentliyinə deyib. Mixaylovun sözlərinə görə, Türkiyə prezidenti əla anlayır ki, ABŞ Ankara ilə maraqların toqquşduğu həm NATO bloku, həm də bütün digər məsələlər üzrə etibarsız müttəfiqdir. "Türkiyə və ABŞ-ın maraqları tez-tez bir-birinə əks gəlir", - o vurğulayıb.
"Sputnik"in həmsöhbətinin fikrincə, Ərdoğan ortaya çıxan "kozır"lardan yararlanacaq. Mixaylov həmçinin ondan əmindir ki, Amerika münasibətlərin tam qırılmasına getməyəcək, çünki hələlik bunun üçün münasib vaxt gəlməyib. O, Ərdoğanın Rusiya və İranla əməkdaşılığı ehtiyatlılıqla gücləndirəcəyini düşünür.
Xatırladaq ki, ABŞ dövlət katibi Vaşinqtondakı Vudro Vilson analitik mərkəzində çıxış zamanı Türkiyəni Rusiya və İranla münasibətlərdə ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, Rusiya və İran Türkiyəyə Qərbin təklif etdiyi xeyirlər təklif edə bilmir. Publika.az