İranda qadın idmançıların kişi məşqçisini hicablayıblar

Azadlıq Radiosunun müxbiri Frud Bejan yazır ki, İranda bəzi qadınlar idman yarışlarına tamaşa etmək üçün stadionlara kişi qiyafəsində gəlirlər.  Amma Taylandın qadın kabaddi komandasının kişi məşqçisinin başına bunun tamamilə əksi gəlib. O Noyabrın 26-da İranın Horqan şəhərində keçirilən Asiya Kabaddi Çempionatının matçında yetişdirmələrinin oyununa tamaşa etmək üçün baş örtüyü geyinməli olub.

Axı İranda kişilərə də qadınların idman yarışlarına tamaşa etmək qadağandır.

Bu insident İranın Kabaddi Federasiyasının hiddətinə səbəb olub. Noyabrın 29-da federasiya baş vermiş bu "kədəli insidentə" görə üzrxahlıq edib, amma taylandlı məşqçini təhlükəsizlik xidmətlərini aldadaraq stadiona girməkdə günahlandırıb.

Lakin AzadlıqRadiosunun Fərda xidmətinə müsahibəsində məşqçi Somprax Ponçu deyib ki, onu başını yaylıqla örtməyə məcbur ediblər:

"Bəli, mənə dedilər ki, belə edim. Mən içəri keçmək istəyirdim, çünki Tayland komandasının qadın məşqçisi yoxdur. Yarışda məşqçinin orada olması çox mühümdür".

Ponçu deyib ki, bu hadisədən qətiyyən hirslənməyib, çünki baş örtüyü İran mədəniyyətinin bir parçasıdır.

Lakin İranın Kabaddi Federasiyası deyib ki, Tayland məşqçisinin hərəkətindən Dünya Kabaddi Federasiyasına şikayət edəcək. Hərçənd məqçi "bir neçə saniyənin ərzində" stadiondan çıxarılıb.

Bununla belə Ponçunun kədərli baxışları İranın sosial medialarında dolaşıb, istehza və məsxərə yaradıb. Criminalaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31